Namiq Ələsgərov: "Çempionatda da hələ heç nə bitməyib" - MÜSAHİBƏ

09.04.2018 | 4559 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la qarşılaşan “Neftçi” rəqibi ilə qollu bərabərliyə imza atdı. Stadium.Az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Namiq Ələsgərov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Nəticə sizi nə dərəcədə razı saldı?

- Qalib gəlmək istəyirdik. Qələbə bizim üçün çox vacib idi. 3-cü və 4-cü yerdəki komandalara yaxınlaşmaq istəyirdik. Amma alınmadı.

- Bunu əldən verməyinizə səbəb Cavid İmamverdiyevin ustalığı, yoxsa sizin ani diqqətsizliyiniz idi?

- Hər iki amil rol oynadı. Cavid çox yaxşı qol vurdu. Qismətdi, belə olmalı imiş.

- Bu nəticə kubok oyunu öncəsi sizə mənfi təsir göstərə bilərmi?

- Qələbə qazansaydıq, daha yaxşı olardı. Çempionatda da hələ heç nə bitməyib. Uduzsaydıq, vəziyyət daha pis olardı. Hələ şansımız davam edir. Kubok görüşünə də yaxşı hazırlaşacağıq.

- “Qəbələ” ilə kubok görüşündən sonra çempionatda “Zirə” ilə üz-üzə gələcəksiniz. Ardıcıl iki oyun çətin olmayacaq?

- Ağır olacaq. İndi “Qəbələ” ilə qarşılaşmanı fikirləşirik. “Qəbələ” ilə matçdan sonra “Zirə” barədə düşünmək olar.

- Kubokda həlledici amil nə olacaq?

- İstək. Bizim üçün çox vacib oyundu. Finala çıxmaq üçün hər şeyi edəcəyik. Kim daha çox istəsə, o da qalib gələcək.

- Qış fasiləsindən sonra “Qəbələ” enişdə, siz isə yüksəlişdəsiniz. Bu, sizə üstünlük verirmi?

- Çempionatla kubok tam ayrı yarışdı. “Qəbələ” də bütün diqqətini kuboka yönəldib. Hər iki komanda üçün çətin olacaq.

- Qış fasiləsindən əvvəl Tərlan Əhmədov sizin oyununuzun alınmadığını deyirdi. Yanvardan bəri nə dəyişdi ki, daha yaxşı forma yığdınız?

- Özünəinamla bağlı idi. Daha inamsız çıxış edirdim. Azarkeşlərin, məşqçilərin mənə güvəndiklərini hiss edirəm.

- Bu gün “Sumqayıt” güclü idi, yoxsa siz yetəri qədər istəkli deyildiz?

- İstəkli idik. “Sumqayıt” çox yaxşı komandadı, Avropa Liqası uğrunda yarışır. Hər iki komanda yaxşı mübarizə apardıq. Əsas odu ki, uduzmadıq.

- Cavid İmamverdiyev qol vuranda bunu qeyd etmədi. Siz belə halları necə qarşılayırsız?

- Normal. “Neftçi”nin yetirməsidi, neçə il bu komandada oynayıb. Dünya futbolunda da belə şeylər çox olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail