Yuri Maksimov "Keşlə"dən gedir - MÜSAHİBƏ

12.04.2018 | 4635 dəfə oxunub

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sumqayıt"a  1:0 hesablı qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qələbə qazana bilmirdik. "Sumqayıt" məğlub olmurdu. Futbolçulara təşəkkür edirəm. Onların müqavilə müddəti bitir. Oyunçuları kökləmək çətin idi.

- "Sumqayıt" çoxdan idi uduzmurdu. Sizə elə gəlmir ki, bu gün qələbə qazanmaqla arının yuvasına çöp soxdunuz?

- Düzü, onlar uduzmurdu, biz də qələbə qazana bilmirdik. Rəqibin kimliyinin fərqi yox idi. Qələbə qazanmaq istəyirdik.

- Bu gün qələbə qazansanız da, sanki yenə nədənsə narahatsınız...

- Sadəcə, ilk oyun idi. Qarşıda hələ matçımız var.

- Klub prezidenti Zaur Axundov paltardəyişmə otağına gəlib, sizi təbrik etdimi?

- Xeyr, hələ gəlməyib.

- İkinci hissədə bir qədər ehtiyatlı oynadınız. Bu, nədən irəli gəldi?

- 90 dəqiqə ərzində pressinq etmək çox çətindi. Bu baxımdan oyunçulara tapşırıqlar verirdim. Burda ustalıq məsələsi var idi. Bəzi oyunçularda özünəinam yox idi.

- "Sumqayıt"la qarşıdakı çempionat matçına barmaqarası yanaşacağınızı gözləmək olarmı?

- "Sumqayıt"ın həm çempionatda, həm də kubokda şansı var. Bizim isə yalnız kubokda iddiamız qalıb. Təbii ki, çempionat oyununda da yaxşı çıxış edək. Oyunçularımızda problemlər var. Slavik zədələndi, Denis Silvada ağrılar var. Ola bilsin ki, bəzi futbolçulara istirahət verdik. Bir çox futbolçunun müqaviləsinin bitməsinin də rolu var. Anlaşmalarının sonuna bir ay vaxt qalıb, gələcəyi düşünürlər. Belədə onları motivasiya etmək çətindi.

- Həmçinin sizin də müqavilə müddətiniz yayda bitəcək. Komanda avrokuboka vəsiqə qazanmasa, qalmacaqsız?

- Komanda Avroliqaya vəsiqə qazansa belə, burda qalmayacam. Çünki rəhbərlik özü də bilmir ki, büdcə necə olacaq. Təkcə bu rol oynamır. Klubun ayıracağı büdcə də önəmlidi. Sabahı bilmək olmur. Futbolçu da düşünür ki, sabah zədələnərəm, bir aydan sonra hansısa kluba keçməkdə problem yaranar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail