Samir Abbasov: "Çoxdandı uduzmurduq, "havalarda" idik" - MÜSAHİBƏ

12.04.2018 | 5235 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk matçında "Keşlə"yə səfərdə minimal hesabla (0:1) uduzduqları oyundan sonra jurnalistlərin suallarınnı cavablandırıb:

- Kubok iki oyundan ibarətdi. İlk görüşdə uduzmağımız bəlkə də, xeyrimizə idi. Çoxdandı uduzmurduq, "havalarda" idik. Hara baxırdın "Sumqayıt" deyirdi. Bu gün biabırçı oyun oldu. Belə oynasaq, finala "Keşlə" getməlidi. Uçurduq, göydə idik, yaxşı ki, rəqib bizi yerə saldı. Təəssüf ki, heç nə edə bilmədik. Bəlkə də, əsas oyunçularımızın yoxluğunun nəticəsi idi. Ola bilsin, öz oyunumuzdan başqa cür çıxış etdik. Amma bu, bəhanə olmamalıdı. Avroliqaya layiq olan komanda getməlidi.

- Sanki komandada yorğunluq var idi...

- Yetərincə vaxtımız oldu. Məşqçilər korpusu eyni qaydada bərpa təlimatını verdi. Hansısa oyunçu "havadadısa", "ulduzdusa", hazırlaşmırsa, çətin məsələdi. Başımız daşa dəydi.

- Artıq ikinci dəfədi texniki zonadan qovulursuz. Düşünmürsüz ki, bu, sizin xeyrinizədi?

 - Bilirdik ki, rəqibin 6-7 oyunçusu sarı vərəqə limitində idi. Çox güman bunu referiyə də demişdilər. Biz qırmızı yox, sarı vərəqə istəyirdik. Dedim ki, niyə vərəqə vermirsiniz. Söyüş söymədim ki, haqqımı tələb etdim. Buna görə texniki zonadan qovmazlar. Elə bil tapşırıqla gəlmişdiilər ki, ya məni, ya da Seymuru qovsunlar.

- Tapşırığı kim verir?

- Yəqin “yuxarı”dan verirlər. Deyirlər ki, səsinizi kəsin, oturun. Amma danışmalı, oyunçularımızın üstünə qışqırmalıyıq.

- Fərhad Vəliyevə daha neçə il şans verəcəksiniz?

- Mövsüm bitənə qədər.

- Sanki komandada emosionallıq artıb...

- Yüksək yerlər uğrunda mübarizə aparırıq. Sakit dayanmağımı kimsə istəyirsə, bilsin ki, ömür boyu belə olmayacaq. Ordan uzaqlaşdırılmağım mənim yox, referinin səhvi idi. Rəqibin 2-3 oyunçusu "sarı"ya layiq idi. Rəqibin baş məşqçisi də qışqırırdı. Gələn dəfə bəlkə mən də rus dilində qışqırdım.

- Qarşıda çempionatda da "Keşlə" ilə qarşılaşacaqsınız. Gücünüzü qoruyacaqsınız?

- Xeyr. Xal fərqi böyük deyil. Başımıza daş dəydi, bəlkə də, sakitləşərik. Qarşıdakı hər iki oyuna tam heyətlə çıxmaq istəyirik.

- Bəlkə başqa klublardan gələn təkliflər oyunçuların fikrini yayındırır?

 - Saytlara baxırsan, hamı yazır ki, təkliflər var. Onlarda eyforiya yarana bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail