Orxan Sadıqlı: "Sadəcə, otağa girəndə gördüm ki, Kamran “məni dəyişin, oynamıram” deyir" - MÜSAHİBƏ

28.04.2018 | 3213 dəfə oxunub

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı “Neftçi” ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Orxan, qarşılaşma necə keçdi?

- Çətin oyunun olacağını bilirdik. Ona görə də hazırlaşmışdıq. Həm də ilk 3 dövrədəki “Neftçi”yə qarşı məğlubiyyətlər bizə stimul vermişdi. Heç olmasa, bunlardan birinin əvəzini çıxmaq istəyirdik. Düzgün oynadıq, bir-birimizə kömək etdik və qalib gəldik. Hamını təbrik edirəm.

- Oyuna çıxacağın sanki ilk hissədən bəlli idi. Nə baş verdi ki, Kamran Ağayevin əvəzinə meydana daxil oldun?

- Oyunda bir epizod oldu. Mən anlamadım. Uşaqlar arasında nəsə baş verdi. Oyundu, belə şeylər olur. Sonra gördüm ki, baş məşqçi çağırır. Baş məşqçi dedi “oyuna çıxırsan”, mən də oynadım. Başqa nə baş verməsindən xəbərsizəm. 

- Yəni, hansısa söz-söhbətin olduğundan xəbərsizsən?

- Bəli, xəbərim yoxdur. Sadəcə, otağa girəndə gördüm ki, Kamran “məni dəyişin, oynamıram” deyir. Əvvəl nə olubsa, xəbərim yoxdur. Kamrana dedim ki, sakitləş, stress öz oyununa təsir edir. İnanıram ki, ciddi bir şey yoxdu. 

- Kamran Ağayev oyunu izləyənlər arasında da yer almadı, çıxıb getdi...

- Onu bilmirəm. Mənim diqqətim ancaq oyunda idi. Ona fikir verməmişəm. Yəqin ki, burada olar da... Hara gedəcək ki?

- Qazandığınız qələbələr cədvəldə yerinizə təsir etmir. Amma kubokun finalı öncəsi psixoloji üstünlük qazandığınızı demək olarmı?

- Bizim də öz adımız var. Futbolçu ilk növbədə, öz adı üçün oynayır. Əlimiz heç yerə çatmır deyə, bütün oyunlarda uduzmağımız da düzgün deyil. Sadəcə, bu qələbələr də bir stimuldur. Öz ad-sanımıza görə oynayırıq ki, kubok finalına qədər hazır olaq. İlk hissədə zəif çıxış etdik, 8 görüşdə uduzmuşduq. Bunun nəticəsidi ki, indi 6-cı yerdəyik. İnanıram ki, növbəti oyunlarımız da uğurlu alınar. 

- Yuri Maksimov komandada nəyi dəyişib?

- Maksimov çox zarafatcıl insandır. Kiçikdən böyüyədək hamı ilə deyib-gülür. Sadəcə, kollektivi, kollektivdaxili ab-havanı qorumağı bacarır. Matçda da kompakt şəkildə çıxış edirik. Bir-birimizin necə oynayacağımızı başa düşürük. Məncə, uğurlarımız bunun nəticəsidi. Hamını motivasiya etməyi bacarır, hər şey göz qabağındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail