Samir Əliyev: "Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik"

05.05.2018 | 4764 dəfə oxunub

"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə"yə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Havanın isti keçməsinə baxmayaraq, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə oyundur udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərdən istifadə etmirsənsə, udmaq şansın azdır. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazılığım yoxdur. Nələri vardısa, ortaya qoydular. Artıq nəsə tələb etmək olmur.
 
- Maraqlıdır ki, "Zirə" son qələbəsini məhz "Səbail" üzərində elə bu arenada 1:0 hesabı ilə qazanmışdı...

- Nə deyim, bu, futboldur, qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin matçlara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudur, qızğın mübarizə gedir.
 
- Növbəti mövsümə heyəti müəyyənləşdirimisiniz?

- Kim daha hazırlıqlı və yaxşı formadadırsa, onlara şans verməyə çalışırıq. Növbəti mövsümə hələ çox var. Bundan sonra rəhbərliklə müzakirələr aparıb, ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq.
 

- İcarədə olan futbolçularınız var. Onların taleyi necə olacaq?

- Danışıqlar gedir. İstəyirik ki, bizdə icarədə oynayan futbolçuları saxlayaq.
 
- "Səbail"in çempionatda heç bir hədəfi qalmayıb. Komandanı oyunlara necə motivasiya edirsiniz?

- Futbolçuların çoxunun klubla müqavilələri bitir. Hər kəs istəyir ki, anlaşmasını uzatsın, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdur.
 
- Qış fasiləsinədək olan "Səbail"i indiki komandayla necə müqayisə edərdiniz?

- Müqayisə etmək istəmirəm. O vaxt başqa sistem idi, indi başqa. Üstəlik, heyətdə dəyişiklər olub, yeni futbolçular gəlib. Yaxşı təcrübə qazandıq. Komandanı formalaşdırmaq üçün yaxşı yol qət etdik. İki turdan sonra gələcək planlarımız bilinəcək



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail