Samir Abbasov: "Qərarı çoxdan vermişdim" - MÜSAHİBƏ

20.05.2018 | 1675 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVIII turunda doğma meydanda “Zirə”yə 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin sualları cavablandırıb:

“Zirə”nin əvəzetmələri oyuna təsir etdi. Uduzmağımızın səbəbini deyə bilmərəm. Bu, mənim üçün “Sumqayıt”da sonuncu oyun idi. Kluba gələcəkdə uğurlar arzu edirəm. 

- Azarkeşlər sonda sizin üçün əl çaldılar, dəstəklədilər, ancaq reaksiya vermədiniz. İnciliklik varmı?

- Elə bir söhbət ola bilməz. Uduzduğumuz oyunda belə, bizə əl çaldılar. Azarkeşlərdən kim inciyə bilər? Artıq komadnaya xeyir verəcəyimə inanmıram. İllərdi burdayam, nələrisə dəyişməyə çalışdıq, ancaq bu siyasət mənə görə deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada hətta özüm üçün belə, nəsə etməyimə inanmıram. Rəhbərliklə danışığımızda Avroliqaya çıxacağımız təqdirdə, legioner oyunçu transferlərini olacağına razılaşmışdıq. Çıxmadığımıza görə, transferlər də olmayacaq. Bu şərtlər altında çalışa bilmərəm.

- Artıq 4 oyundu “Sumqayıt” qələbə qazana bilmir. Günah kimdədi?

- İstədiyinizin boynuna yıxa bilərsiz. Təkcə məşqçilik deyil, komandanın təzyiqdə olduğunu yazırlar. “Səbail”lə, “Qəbələ” ilə oyunlarda epizodlarımız oldu. Günah futbolçuların olmamağındadı, strategiyadadı.

- Rəhbərlik istefanı qəbul etməsə, nə edəcəksiz?

- Qərarı çoxdan vermişdim. Klublarla danışıq məsələsi yoxdu. “Sumqayıt”da qalmağı çox istəyirdim. Artıq boynuma alıram ki, mən bunu edə bilmirəm.

- Bu, təkcə “Sumqayıt”ın tipik problemidi, yoxsa Azərbaycan futbolunun?

- Normalda, qışdan sonra uğurlar olanda, rəhbərliklə danışırsan ki, filan mövqelərdə problemlər var, transfer lazımdı. Futboldan kənar bir şey istəmirdim. Növbəti mövsüm bu uşaqlarla nəsə dəyişəcəkmi? Boynuma alıram ki, mən bunu edə bilmərəm.

- Rəhbərliklə görüşüb, növbəti mövsümün planlarını müzakirə etmişdiz. Planlarınız qəbul olunmadı? Bir də, adınız “Qəbələ” ilə hallanır...

- Futboldan kənar şərtlərim yox idi. Avroliqaya çıxmadığımıza görə şərtlərim qəbul olunmayacaqdı. Mənim komandam reabilitasiya mərkəzi deyil. Məsələn, Cavid Hüseynov. Deyək ki, onu çox klub istəyir: biz, digərləri. Ancaq biz onu almaq üçün növbə gözləməliyik. Məşqçinin sistemi, fəlsəfəsi olmalıdı. Ona uyğun oyunçu seçməlidi. “Qəbələ”yə gəlincə, onların hazırda baş məşqçisi var. Məşqçi gedəndən sonra danışarıq.

- Strategiyanı AFFA müəyyənləşdirir. “Neftçi”, “Kəpəz”, onlar da federasiyadan maliyyələşir, bəs niyə onlara legioner olar, sizə yox?

- Bu strategiyanı kimin müəyyənləşdirdiyini bilmirəm. Rəhbərliklə danışanda, Avroliqaya düşsək, 95-100% transferlərin olduğunu dedilər. Alınmadı, söhbət bağlandı. Əlimizdə olan futbolçularla uğur qazana biləcəyimizə inanmıram. Bu oyunçularla bura kimi gəldik. “Sumqayıt”dakı eram bitdi. Azarkeşlər sağolsun, dəstəklədilər. Özümdə nəyisə dəyişəcəyimə inanmıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.08.2018

18:06  III turun oyun cədvəli - Ölkə çempionatı

14:44  "Sabah" - "Sumqayıt" 1-4 VİDEO

14:34  "Sassuolo" - "İnter" 1:0 VİDEO

14:29  "Real" - "Xetafe" 2:0 VİDEO

10:30  İkinci turu nə qədər azarkeş izləyib? - Ölkə çempionatı

19.08.2018

22:35  "Torino" - "Roma" 0:1 VİDEO

20:09  "Sabah" - "Sumqayıt" -HEYƏTLƏR

18:11  "Neftçi" - "Qəbələ" -HEYƏTLƏR

16:26  "Astana"ya geri dönəcəm" - Qriqorçuk

12:45  "Latsio" - "Napoli" 1:2 VİDEO

00:54  "Genqam" - PSJ - 1:3 VİDEO

00:30  "Kyevo" - "Yuventus" 2:3 VİDEO

00:28  "Çelsi" - "Arsenal" 3:2 VİDEO

00:06  "Zirə" - "Keşlə" 2:2 VİDEO

18.08.2018

23:49  Qurban Qurbanov: "Vaxt lazımdı" - MÜSAHİBƏ

20:15  "Zirə" - "Keşlə" - HEYƏTLƏR

18:02  "Səbail" - "Qarabağ" -HEYƏTLƏR

17.08.2018

   
  O Q H M T-f X
1. Neftçi 2 2 0 0 4-1 6  
2. Sabah 2 1 0 1 2-4 3  
3. Qarabağ 1 1 0 0 2-0 3  
4. Qəbələ 2 1 0 1 4-2 3  
5. Sumqayıt 2 1 0 1 4-3 3  
6. Zirə 1 0 1 2 2-2 1  
7. Keşlə 2 0 1 1 2-3 1  
8. Səbail 2 0 0 2 0-5 0  
19.08Səbail 1-4Sumqayıt
19.08Neftçi 2-1Qəbələ
18.08Zirə 2-2Keşlə
18.08Səbail 0-2Qarabağ
25.08Qəbələ -Sumqayıt
25.08Qarabağ -Neftçi
26.08Keşlə -Səbail
26.08Zirə -Sabah