Qara Qarayev: "Yəqin ki, klubumuzun rəhbəri, baş məşqçisi bu haqda düşünür" - MÜSAHİBƏ

22.05.2018 | 2898 dəfə oxunub

Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Qəbələ"ni 1:0 hesabıyla məğlub edən "Qarabağ" mövsümü qələbə ilə başa vurub.

Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisininn futbolçusu Qara Qarayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ardıcıl 5-ci çempionluğu qazandınız. Hansı hissləri keçirirsən?
- Sevincliyik. Çünki hər bir titul bizim üçün önəmlidi. Qazandığımız nailiyyət bizim üçün gələcək karyeramıza görə çox vacibdi. Düşünürəm ki, bu, 2017/2018 mövsümünün çempionluğu deyil. Bu, 5 ildi daşıdığımız ağır yükün, məsuliyyətin çempionluğudu. Bu müddətdə həmin yükü qoruyub saxlaya bilmişik. Komandamızın bütün üzvlərini - futbolçularla yanaşı, məşqçilərimizi də təbrik edirəm. Uzun marafonda həqiqətən çox şey itirmişik - istər şəxsi həyatda, istərsə də zədə baxımından. Bütün bunlara baxmayaraq, istədiyimiz, lazımi nəticəyə gəlmişik. Nəhayət, bu nəticəni qazandıq. Danışılacaq çox şey var. Ancaq istəyirəm ki, bu gün danışmayım. İşimiz davam edir.

- Çempionluq nəyi dəyişir?
- Fərq etmir çempion olduq, ya yox. Sevindik, bitdi, işlərimiz başlayır. Yenidən milli komandaya, Azərbaycan futboluna xeyir verməliyik, çalışmalıyıq. Bütün hər kəsi - "Qarabağ"sevərləri, xüsusilə avrokuboklarda bizə təbrik edənləri, "Qarabağ"ı sevməyənləri də təbrik edirəm. "Azərsun Arena" tribunalarında boş yerləri görmək bizim üçün həqiqətən ağrılıdı. Qarşıdan böyük turnir gəlir və yəqin ki, tribunaları doldurarlar. Diqqəti bizdə olanlara - AFFA-dakılara, mətbuata xüsusi təşəkkür edirəm. Mövsüm başlayandan ağır, gərgin qrafikdə işlədilər. Futbolda yaxşı və ya pis cəhətləri ədalətli şəkildə işıqlandırdınız. Buna görə jurnalustlərə xüsusi təşəkkürümü bildirirəm.

- Sənə elə gəlmir ki, builki çempionluq əvvəlkilərlə müqayisədə daha rahat oldu?
- Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdik. Bunu dana bilmərik. Mövsümün bitməsinədək qızıl medalları təmin edə bildik və bu reallıqdan qaça bilmərik. Lakin komandalarda xüsusilə bizə qarşı diqqət, aqressiya var idi. Sanki biz başqa turnir idik, Azərbaycan Premyer Liqası başqa. Heç kim bizə yenilmək istəmirdi. Bizimlə matçlar çətin oldu. Ancaq düşünürəm ki, budəfəki çempionluq əvvəlkilərdən bir az asan oldu.  

- Çempionlar Liqasında qrupa düşmək çətinləşib, reqlament dəyişib, çox güclü rəqiblər olacaq. Komanda bu sınaqdan çıxmağa hazırdımı, yoxsa heyətiniz güclənməlidi?
- Baş məşqçimizin də dediyi kimi, hər mərhələdə irəli getmək istəyiriksə, mütləq yeni, keyfiyyətli futbolçular lazımdı. Bir yox, bir neçə mövqeyə. Düşünürəm ki, bu il komandamızdan gedənlərin sayı çox olacaq. Müqaviləsi bitənlər də var, klubunu dəyişib xaricdə oynamaq istəyənlər də. Yəqin ki, klubumuzun rəhbəri, baş məşqçisi bu haqda düşünür. Yaxşı nailiyyətlər əldə etmək üçün mütləq yaxşı transferlər etmək lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail