Yuri Maksimov: "Düşünürəm ki, şans da bizim yanımızda idi"

29.05.2018 | 4581 dəfə oxunub

"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyun necə keçdi?

- "Qəbələ”nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.

- "Qəbələ”nin start heyəti sizin üçün sürpriz deyildi?

- Onlar sxemi dəyişmişdilər, "4-4-2” oynamadılar. Amma bu, elə də sürpriz olmadı. Baqali Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Filip Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.

- Güzgü sxemi...

- Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindir. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Nəticədən razıyıq.

- Əsas sual. Sonra necə olacaq?

- Bu artıq bizim yox, AFFA-nın məsələsidir.

- Sizin karyeranızı soruşuruq...

- Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Lakin avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.

- Həmyerliniz Roman Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsünüz: onun Azərbaycandakı karyerası alındı?

- Düşünürəm ki, o burada çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.

- Qarşıda avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil...

- Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq. Konkret heç də məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail