Kamran Ağayev: "Bəziləri bizimlə düşmən kimi rəftar edir" - MÜSAHİBƏ

29.05.2018 | 3796 dəfə oxunub

"Keşlə"nin qapıçısı Kamran Ağayev Azərbaycan Kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Kuboku qazanmağın ləzzəti başqadır...

- Hər bir futbolçu ölkə klubokunun finalında oynamaq istəyir. Çempionluq tez yaddan çıxır. Amma kubokun ab-havası başqadır. Finala yaxşı köklənmişdik. Kuboku əldə etmək istəyirdik. Çempionatda da oyunlarımız oldu. Biz komandaya qış fasiləsində qoşulmuşuq. Kollektiv 8 oyun idi uduzurdu, inamsızlıq vardı. Toparlanmaq bir az çətin idi. Şükür Allaha, komandaya inamı qaytardıq və davam edirik.

- Futbolçu və maddi imkanlarına görə "Keşlə"dən üstün olan "Qəbələ"ni nəyin sayəsində üstələdiniz?

- Ağıllı analiz və ağıllı oynamaq hesabına. Diktofonları söndürəndən sonra deyərəm (gülür).

- "Keşlə"nin avrokubok perspektivini necə qiymətləndirirsiniz?

- Hələ heç nə bilmirik. Hamımızın müqaviləsi qurtarıb. Sabah milli komandaya qoşuluram. Ağır zədədən sonra meydana qayıtmışam. Hər ay dizimdəki zədəyə görə normativ verirdim. İndi özümü yaxşı hiss edirəm. Hədəfimizin nə olacağını bilmirik. Müqavilə bağlayıb-bağlamayacağımız dəqiqləşməyib. Hələlik yığmaya gedirəm.

- Özünüz "Keşlə"də qalmaq istəyirsiniz, yoxsa getmək?

- Onu zaman göstərər. Bəziləri bizimlə düşmən kimi rəftar edir. Yazıları oxuyuram. Qıcıqverici şeylər yazırlar, amma əhəmiyyət vermirəm. Niyə? Çünki azarkeşlərə arxalanıram. Onlar bu əziyyəti unutmurlar. Nə qədər məni gözdən salmaq istəsələr də, azarkeşlər əziyyəti yaddan çıxarmırlar. Artıq 5 ya 6-cı dəfədir ağır zədədən sağalıram.

- Sizi kimlər gözdən salmaq istəyir?

- Bir çoxları. Amma belə şeylərə fikir vermirəm. Portuqaliyaya gedəndə "bu qurtardı" dedilər. Eyni şey Çexiyaya yollananda da oldu. Düzdür, ora bir az inamsız getdim. Çünki zədəli vəziyyətdə idim. Ordakı baş məşqçinin açıqlamasında oxumuşdunuz. Mənim artıq çəkimin olduğunu söyləmişdi. Yenidən zədələndim.

- Bir də şansınız olsa, Avropa klublarından birinə gedərsiniz?

- Şans deyəndə ki, qabaqcadan heç nə söyləmək istəmirəm. Yaxın gələcəkdə hər şey məlum olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail