Ürfan Abbasov: "Sözün düzü, gözləmirdim" - MÜSAHİBƏ

30.05.2018 | 4076 dəfə oxunub

"Matça yaxşı hazırlaşmışdıq və rəqibi yaxşı analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik".
 
Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ürfan Abbasov Qırğızıstanla yoldaşlıq oyunundan (3:0) sonra jurnalistlərinə müsahibəsində deyib.
 
- Bu gün qol vuracağınızı gözləyirdinizmi?

- Sözün düzü, gözləmirdim. Amma epizod yarandı irəli getdim. Komanda yoldaşım da yaxşı ötürmə verdi, mən də bundan istifadə etdim.
 
- Qurban Qurbanovun gəlişindən sonra daha çox etimad qazanırsınız. Özünüzü əsas futbolçulardan hiss edirsinizmi?

- Düzdür. Qurban müəllim oynamaq üçün mənə şans verir. Hər oyunda da bacardığımı etməyə çalışıram. Bundan sonra da etimad qazansam, əla olar. Sevinirəm ki, əsas heyətdə oynayıram.
 
- Qol epizodunda ötürmə vermək barədə düşündünüzmü?

- Topu qəbul edən kimi niyyətim qapıya zərbə endirmək idi.
 
- Daha çətin rəqib olsaydı, yenə qapıya zərbə vurmağa risk edərdiniz?

- Daha ağır rəqib olsaydı, yəqin ki, belə epizod olmazdı. Mən buna inanmıram. Fürsət oldu, yüksək səviyyədə istifadə etdim.

- Rəqibin üstünlüyü ələ aldığı zamanlar oldu. Həmin anlarda nə baş vermişdi?

- Bəzi epizodlarda düzgün oynamadıq. Bunun nəticəsində də rəqib bizdən topa daha çox sahib ola bilirdi. Biz pressinqə hazır deyildik. Sonra isə oyunu düzgün qurduq. Pressinqdən daha yaxşı çıxdıq.
 
- Böyük ehtimalla Samir Abasov "Qəbələ"nin yeni baş məşqçisi olacaq. Onunla iş birliyinə hazırsınızmı?

- Mən hazırda milli komandadayam. "Qəbələ”yə aid suallar olmasa, daha yaxşı olardı.

- Bu məsələlərlə bağlı narahat deyilsiniz?

- Xeyr. Niyə narahat olmalıyam? Kim yaxşıdırsa o da oynayacaq. Yeni baş məşqçi kimə şans versə, o da meydanda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail