Mahir Mədətov: "Özümü qarşılaşmaya yaxşı kökləmişdim" - MÜSAHİBƏ

30.05.2018 | 3198 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Mahir Mədətov Qırğızıstan üzərində 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Millidə dəyişikliklər var. Bunu özünüz də görürsünüz. Bu üzdən heç bir görüşə asan demək olmaz. Bütün oyunlar bizə çətin olur. Matça yaxşı başladıq. Rəqib bir az pressinq edən kimi, təzyiq hiss etdik. İkinci hissəyə yaxşı başlamasaq da, sonradan toparlandıq. Əsas odu ki, qələbə qazandıq. Çünki motivasiya baxımından bu, çox önəmli idi. Qarşıda hələ daha 2 yoldaşlıq görüşü var. Onları da yüksək səviyyədə keçirmək lazımdı”.

- Siz meydana daxil olduqdan sonra oyunda canlanma yarandı. 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldınız. Oyunun dəyişməyində rolunuz nə dərəcədə oldu?

- Özümü qarşılaşmaya yaxşı kökləmişdim. Baş məşqçi də güvəndi, şans verdi. Meydana start heyətində və ya sonradan girməyin fərqi yoxdu. Bura milli komandadı. Hamımız Azərbaycan üçün çalışırıq, üzərimizə düşəni yerinə yetiririk.

- Qırğızıstan heç nə ilə yadda qalmadı. Bu oyun millimizə nə qazandırdı?

- Çətinliklər yaradırdılar. Məşq etdiyimiz epizodlar var idi, onları reallaşdırmağa çalışırdıq. Məncə, siz deyən qədər zəif deyildilər.

- Qurban Qurbanovla yığmada ilk qələbənizi qazandınız. Millətlər Liqasında da rəqiblər o qədər də güclü olmur. Bu amil sizə motivasiya verirmi?

- Bizə zəif rəqib yoxdu. Bu üzdən hər görüşə özümüzü maksimum kökləməliyik. İndi futbolda hər cür sürpriz mümkündü.

- Millətlər Liqasında da ev oyunlarını çox güman ki, Bakı Olimpiya Stadionunda keçirəcəksiniz. Boş tribunalar önündə oynamaq motivasiyanızı aşağı salmayacaq?

- İstəyirik ki, azarkeşlər gəlsinlər, dəstəkləsinlər. Ümid edirəm ki, yoldaşlıq görüşü və Ramazan ayı olduğundan bu gün az adam gəlmişdi. İnanıram ki, Millətlər Liqası görüşlərində stadionu dolduracaqlar.

- “Qarabağ”ın Çempionlar Liqasındakı oyununa gələn azarkeş sayının təkrarlanmasını gözləyirsiniz?

- İnanıram ki, azarkeşlərimiz tribunaları dolduracaqlar.

- Qarşıda daha 2 yoxlama görüşü var. Səfər öncəsi yorğunluq yoxdu?

- Xeyr. Söhbət millidən gedirsə, yorğunluq, şəxsi problem bir kənara qoyulmalıdı. Gücümüzün 100 yox, 200 faizini ortaya qoymalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail