Renat Dadaşov: "Azərbaycan üçün ən yaxşısını etməyə çalışırıq" - MÜSAHİBƏ

09.06.2018 | 3448 dəfə oxunub

U-21 millimiz yoxlama görüşündə Macarıstanla 3:3 hesablı heç-heçə edib. Yığmamızın qollarından birində imza atan hücumçu Renat Dadaşov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı düşüncələrin necədir?

- Oyunu özünüz də gördünüz. İlk hissədə yaxşı oynamışdıq, sadəcə olaraq, qollar vura bilmədik. Fasilədən sonra da yaxşı oynadıq. Hamı gördü ki, necə komandamız var. Hesabda 0:2, 013 geridə olsaq da, bunu dəyişəcək gücdə olduğumuzu göstərdik. 

- Geri dönüş etməyinizi bildirmək istəyirsən?

- Bəli, gördünüz. Düzdü, "come back" etmədik, ancaq heç-heçə oynadıq. Sadəcə, göstərdiyimiz oyunu hamı gördü. Çox top götürdük, qalib də gələ bilərdik. Çox yaxşı komanda olduğumuzu göstərdik, yaxşı mübarizə aparırıq. Azərbaycan üçün ən yaxşısını etməyə çalışırıq.

- Bir neçə gün əvvəl Qazaxıstana qarşı oynamışdınız. Həmin oyunu yaxşı oynadınız, yoxsa bunu?

- Hər iki oyunu yaxşı oynadıq. Sadəcə, bugünkü oyunun ikinci hissəsində lap yaxşı oynadığımızı düşünürəm. İki oyunu müqayisə etsək, bu, bizim ən yaxşı ikinci jissəmiz idi. İki oyundan belə nəticəyə gəlmək olar ki, bizim yaxşı potensialımız var. 

- Qəribə qol vurdun, nə başla, nə də ayaqla. Sinə ilə fərqləndin...

- Bəli, elə oldu. Amma bilərəkdən sinə ilə vurdum. Topun hara gələcəyinə baxırdım.

- Bir müddət yığma komandalarda olmadın, sonradan U-21 yığmasına dəvət olundun...

- Şadam ki, Rəşad müəllim mənə zəng etdi. Dedi ki, nə qədər oynamısam, ya oynamamısam gəl, oynayacaqsan. Baş məşqçiyə öz təşəkkürümü bildirirəm və burada olduğuma görə şadam. 

- Özünə A millidə yer görürsən?

- Mən hər şeyi edirəm. Amma bunu A millinin baş məşqçisi qərar verər. Baş məşqçinin qərarıdır. 

- "Ayntraxt"da xoşagəlməz halla qarşılaşdın. Məşqçini və komanda yoldaşını əzişdirmisən. Onları niyə döydün?

- Bəli, oldu, amma bu haqda danışmaq istəmirəm. 

- Karyeranı hansı klubda davam etdirəcəksən?

- Yaxın vaxtlarda görəcəksiniz. Hələ ki, adını açıqlaya bilmərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail