Ozobiç: "Olimpiya"nı keçib, Çempionlar Liqasında yolumuza davam etmək istəyirik" - MÜSAHİBƏ

30.06.2018 | 2717 dəfə oxunub

"Qarabağ"ın bu yay "Qəbələ"dən transfer etdiyi Filip Ozobiç komandasının Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib:

- Artıq 1 həftədən çoxdur Avstriyada təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?

- Hər şey əladır. Hazırlığımız da qaydasında gedir. Qarşıda vacib oyunlarımız var. Əzmkarlıqla həmin matçlara və yeni mövsümə hazırlaşırıq.

- Mövsümün sonunda "Qəbələ"ni "Qarabağ"a dəyişdiniz. Özünüzü yeni klubunuzda necə hiss edirsiniz?

- Əlbəttə ki, yaxşı hiss edirəm. "Qarabağ"da məni hər şey qane edir.

- 2 il "Qəbələ"nin formasını geyinmisiniz. Bu komanda ilə "Qarabağ" arasında nə kimi fərqlər müşahidə etmisiniz?

- Hansı mənada?

- Ümumi mənada: münasibətlər, məşq prosesi, bir sözlə hər şey...

- "Qarabağ"a yenicə qoşulmuşam. Açığı, bu iki komandanı müqayisə etmək üçün çox az vaxtdır. 2-3 aydan sonra bu barədə danışa bilərəm. Ancaq onu deyə bilərəm ki, hər məşqçinin öz fəlsəfəsi və məşq proqramı var.

- Yarımmüdafiəçi olsanız da, Avstriyada "Ludoqorets"lə keçidiyiniz ilk yoxlama matçında hücumçu kimi oynadınız. Fərqli mövqedə çıxış etmək çətin olmadı?

- Düzdür, ilk oyunda baş məşqçi məni fərqli mövqedə sınadı. Amma son yoxlama görüşündə öz doğma mövqeyimdə - yarımmüdafiənin mərkəzində və cinahlarında oynadım. Mənim üçün fərqi yoxdur. Qurban Qurbanov hara qoysa, orda da oynayacağam. Əsas komandanın nəticə qazanmasıdır.

- Elə Qurban Qurbanovdan söz düşmüşkən, yeni baş məşqçiniz haqda nə deyə bilərsiniz? Onu qiyabi olaraq tanıyırdınız, indi isə başçılığı altında oynayırsınız...

- Onun haqqında yalnız yaxşı sözlər deyə bilərəm. Baş məşqçinin hazırlıq proqramı və üslubu çox xoşuma gəlir. Topla bütün hərəkətləri edirik. Bir sözlə, hər şey əladır.

- Yeni mövsümə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunu ilə start verəcəksiniz. Rəqib "Olimpiya"dır. Sloveniya klubu ilə matçdan nə gözləyirsiniz?

- Əvvəlcə onu deyim ki, "Olimpiya" çox yaxşı komandadır. Onlarla oyun çətin olacaq. Amma "Qarabağ"ın da avrokubok təcrübəsi var. Ötən il Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İnanıram ki, bu təcrübə bizə əlavə kömək olacaq. "Olimpiya"nı keçib, Çempionlar Liqasında yolumuza davam etmək istəyirik.

- Bəs dünya çempionatı haqda nə düşünürsünüz? Xorvatiya yığması mundiala iddialı başlayıb və inamla yoluna davam edir...

- Elədir. Dünya çempionatında baxımlı futbol sərgiləyirlər. Düşünürəm ki, böyük uğurlar qazanmaq üçün yaxşı şansları var.

- Sizcə, çempionluq mümkündürmü?

- Baxaq, görək, necə olur. Bu dünya çempionatı çox çətin və sürprizlərlə doludur. Bir oyunda hər şey tamamilə dəyişə bilir.

- Yığmanız 1/8 finalda Danimarka ilə qarşılaşacaq. Bu oyun barədə hansı fikirdəsiniz?

- Xorvatiya hazırda əla formadadır. İnanıram ki, yaxşı nəticə qazanacaqlar. Ancaq bu, elə də asan olmayacaq. Çünki 1 oyundan ibarət olacaq və hər şey baş verə bilər. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail