Ruslan Abışov: "Bəzi məşqlərimiz ağır keçsə də..." - MÜSAHİBƏ

05.07.2018 | 2700 dəfə oxunub

"Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:

- Təlim-məşq toplanışını necə dəyərləndirirsən?
- Hər şey yaxşıdır. Hazırlaşırıq, məşq edirik. Bəzi məşqlərimiz ağır keçsə də, əsas odur tolanışı zədəsiz başa vuraq. İyulun 12-də Macarıstanın "Uypeşt” klubu ilə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna hazır olmalıyıq.

- Yeni transferlər özlərini necə göstərirlər? Komandaya uyğunlaşıblarmı?
- Məncə, Baqali Dabo, Dario Frederiko və Slavko Braliç artıq komandaya uyğunlaşıblar. Qoran Paratski ilə Kvame Karikarinin adaptasiyası üçün isə bir az zamana ehtiyac var. Onlar tez bir vaxtda komandaya kömək edə biləcəklər. Tural Axundovla Rəşad Eybova gəlincə, onlar komanda üzvlərini yaxşı tanıyırlar. Sanki neçə illərdir bir komandada oynayırıq.

- Yoxlama oyunları barədə nə deyə bilərsən? Səncə, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildizmi?
- Düzdür, hazırlıq matçlarında hər şey tamam başqa cür olur. Bununla belə, baş məşqçinin bizdən tələb etdiklərini meydanda göstərməyə çalışırıq. 

- Kapitan olaraq azarkeşlərimizə nə demək istərdin?
- Azarkeşlərsiz bizə çox çətin olardı. Onların dəstəyini meydanda hər zaman hiss etmişik. "Neftçi” çoxdandır avrokuboklarda oynamır. İnanıram ki, azarkeşlərimiz iyulun 12-də tribunaları dolduracaqlar. "Uypeşt”lə ilk oyunda onların dəstəyi sayəsində yaxşı nəticə qazanmaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail