Almeyda: "Buna görə də “Astana”ya keçməyə qərar verdim" - MÜSAHİBƏ

07.07.2018 | 2801 dəfə oxunub

Astana”nın yeni transferi Riçard Almeyda sports.kz saytına müsahibə verib:

- Hər kəs sizin Avropa klublarından birinə keçəcəyinizə əmin idi. Son zamanlar pula görə ərəb klublarından gedəcəyiniz xəbərləri yayıldı. Amma siz "Astana"nı seçdiniz. Niyə?

- Bir neçə klubdan təklif almışdım. Ancaq ailəmlə birlikdə qərara gəldik ki, “Astana”ya getmək lazımdır. Çünki bu klub həmişə Çempionlar Liqası və ya Avropa Liqasının pley-off mərhələsi və ölkəsində çempionluğa oynayır. Hər il avrokubokların qrup mərhələsində mübarizə aparır.

- "Astana"nın təklifində nə diqqətiniz çəkdi ?

- Məni komandada görmək istəyirdilər və mənə inanırdılar. Məni burada olmağım üçün hər cür səy göstərdilər. Buna görə də “Astana”ya keçməyə qərar verdim.

 - Bəzi azərbaycanlı jurnalistlər kimi, siz də “Astana”nı tramplin hesab edirsiniz? Sizcə, Qazaxıstan çempionuna keçidi peşəkar karyeranızda irəliyə atılmış addımdır?

- Həyatımda verdiyim qərarlardan asılı olmayaraq, mən həmişə irəliləyirəm. Daim daha yüksəyə çalışmışam. Ən əsası, ailəm yanımdadır və mənə dəstəkləyirlər. “Astana”ya keçdiyim üçün şadam.

 - Baş məşqçi Roman Qriqorçuku yaxşı tanıyırsınız?

- Azərbaycanda dəfələrlə onun komandasına qarşı çox oynamışam. Onu yaxından tanımırdım, ancaq yaxşı məşqçiliklə yanaşı, həm də gözəl insan olduğunu bilirdim. Mənim bura gəlməyimdə öz rolunu oynadı. Qriqorçuk mənim necə işlədiyimi yaxşı bilir.

- “Astana” və Qazaxıstanla bağlı ilk təəssüratlarınız necədir?

- Təəssüratlar çox yaxşıdır. Bura gəldiyim ilk gündən hamı məni yaxşı qəbul etdi. Eyni zamanda klubun oyunçularına təklif olunan əla infrastruktur var.

- Azərbaycanda mövsüm mayda başa çatır, Qazaxıstanda isə davam edir. Bərpa olunmaq və gücünüzü toplamaq imkanınız oldu? Hazırda funksional durumunuzu necə dəyərləndirərdiniz?

- Əslində 100 faiz hazır deyiləm. Çünki mənə məşq etməyə mane olan problemlər var idi. Ancaq gündən-günə fiziki durumumu artırıram, çox çalışıram.

- Qazaxıstana qarşı Astanada keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisinin heyətində niyə çıxış etmədiniz? Bu oyuna baxdınızmı?

- Ayaq biləyim sişdiyi üçün oynaya bilmədim. Matça baxa da bilmədim. Çünki həmin vaxt təyyarədə idim, Braziliyaya istiraətə gedirdim.

 - “Astana”nın son matçını izlədiniz? Özünüzü komandanın hansı mövqeyində görürsünüz?

- Həm son, həm də ondan əvvəlki iki görüşü izlədim. Mənim rolum komanda yoldaşlarıma kömək etməkdi. Komandada əla futbolçular var.

- “Astana” gələn həftə Çempionlar Liqasında təsnifat mərhələsinə start verəcək. İlk oyun üçün iştirak ərizəsində olacaqsınız?

- Fikrimcə, bəli.

- “Astana” azarkeşlərinə nə demək istərdiniz?

- Onlar arxayın olsunlar ki, mən çalışmağı sevən insanam. Həmişə kollektivin maraqlarını üstün tuturam. Birlikdə yaxşı nəticələr əldə edə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail