"“Sevilya”ya qarşı oynamaq isə hər bir futbolçu üçün böyük hadisə olar"

11.07.2018 | 4407 dəfə oxunub

“İlk oyunöncəsi həyəcan var. Yeni məşqçi, yeni futbolçular. Azarkeşlər bizdən daha yaxşı oyun gözləyirlər. Hazırlıq prosesimiz yaxşı keçib. Zədəli futbolçular yoxdu. İlk matçda yaxşı nəticə qazanmağa çalışacağıq”.

Stadium.Az xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Ruslan Abışov deyib.

Paytaxt təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah “Uypeşt”i qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Abışov jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”nin 4-3-3 sisteminə üstünlük verməsi barədə nə düşünürsüz?

- Sxem formal bir şeydi. Əsas komanda halında müdafiə olunmağı və hücuma çıxmağı bacarmaqdı. Bu halda heç bir problem olmayacaq.

- Rəqibi incələdikdən sonra nə qərara gəlmisiz?

- Müəyyən təhlillər aparmışıq. Ancaq bunlar sirr qalsa, daha yaxşı olar. Çünki məlumatlar Macarıstan mətbuatında da dərc olunacaq.

- “Sevilya” ilə oynamaq ehtimalı motivasiya baxımından sizə necə təsir edir?

- Əsas sabahkı oyunda komanda kimi özümüzü yaxşı formada göstərməkdi. “Sevilya”ya qarşı oynamaq isə hər bir futbolçu üçün böyük hadisə olar.

- Sabahkı matçla bağlı proqnozunuz nədi? Standart vəziyyətdən fərqlənməyi sevirsiniz. Sabah belə bir şey ola bilərmi?

- Evdə yaxşı nəticə qazanmaq istəyirik – sadəcə, bunu deyə bilərəm. Standart vəziyyətlərə gəlincə, həm elə fərqlənsəm, həm də qələbə qazansaq, bu, mənim üçün ikiqat bayram olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail