"Kukesi"nin baş məşqçisi: "Bundan daha çox azarkeş qarşısında oynamışıq"

31.07.2018 | 4458 dəfə oxunub

“Kukesi”nin baş məşqçisi Armando Kunquya Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Qarabağ”la oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah bizim üçün asan olmayacaq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Futbol sürprizləri sevən idman növüdü. Sabah şansımızdan yararlanmağa çalışacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq.

- Sabah penaltilər seriyasına ümid edəcəksiniz, yoxsa 90 dəqiqəyə məsələni həll etməyi düşünürsünüz?

- İstənilən hal baş verə bilər. Təbii ki, 90 dəqiqədə həll etmək istərdik. Ancaq istənilən vəziyyətə hazırlaşmışıq. Futbolda hər şey olur. 

- Komandanın futbolçularının Bakıya hissə-hissə gəldiyi bildirilib. Bu nə dərəcədə doğrudu?

- Belə halın yaşanması xoş deyil. Bu, viza ilə bağlı idi. Kosovo vətəndaşını gətirə bilmədik. Ancaq futbol oynayırıq. Siyasi bir hadisənin iştirakçısı olmaq istəmirik. Çalışacağıq ilk oyundakı kimi çıxış edək və qələbə qazanaq. 

- İki futbolçunuz Valon Ethemi və Rustem Xoca “Keşlə” ilə danışıq aparır. Bu barədə məlumatınız varmı?

- Xeyr, məlumatım yoxdu. Hazırda bu barədə də düşünmürəm. Rəsmi bir şey yoxdu. Bəlkə də, kimsə buna altdan cəhd edə bilər. 

- Evdə müdafiəyə qapanaraq oynadınız. Cavab görüşündə də bu cür “Kukesi” görəcəyik?

- Burda jurnalistlərin sualları bizi daha çox təzyiq altına salır. Evdəki oyun zamanı belə suallar verilmirdi. Nəticə qazanmağa çalışırıq. Bizim üçün əsas nəticədi. 80 dəqiqə uğurlu çıxış edib, bir anlıq səhvlə hər şeyi məhv edə bilərsən. Biz səhv etməməyə çalışacağıq. 

- Oyuna artıq 15 mindən çox bilet satılıb. Bu amil sizə əlavə çətinlik yaratmayacaq?

- Bizim üçün birinci hal deyil. Bundan daha çox azarkeş qarşısında oynamışıq. Oyunçularım peşəkardılar. Özüm də futbolçu olarkən dolu tribuna önündə oynamışam. Bizim üçün bir problem yoxdu. 

- “Qarabağ”dan fərqli, siz ölkə çempionu deyilsiniz. Sabah uğursuzluq olarsa, səbəblərdən biri kimi bunu göstərmək olarmı?

- Son 6 ildə daim avtokuboklarda çıxış etmişik. Hörmətə layiq komandayıq. Çempionlar Liqasında “Qarabağ” kimi böyük klubla qarşılaşmaq böyük uğurdu. Burda bütün Albaniyanı təmsil edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail