Tahir Gözəl: "Çempionlar Liqasında belə bir oyuna susamışdım, həsrət qalmışdım"

02.08.2018 | 3286 dəfə oxunub

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Kukesi" ilə cavab oyunundan (3:0) sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb: 

- Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna susamışdım, həsrət qalmışdım. Biz "Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Ancaq bu o demək deyil ki, yolun axırı budur. Hələ çox inkişaf etməliyik. Komandaya çox gözəl oyunçular gəlib. Emeqara yenidən komandaya qoşulub. İnanıram ki, Delarj və Emeqara oyundan-oyuna kollektivə daha da uyğunlaşacaqlar. Oyundan çox razı qaldım. Möhtəşəm matç idi. Başqa ölkə başçısı olmaqla, Azərbaycan xalqını təbrik edirəm. Biz bu stadiondan qürurla çıxdıq.

- Növbəti rəqib BATE-dir. Həmin komandanın Avropada yetərincə təcrübəsi var. Bu oyun barədə nə deyə bilərsiniz? "Qarabağ”ı yenidən Çempionlar Liqasının qurupunda görə biləcəyikmi? 

- Onlar çox sərt oynayırlar. İntizamlı komandadırlar. Bugünkü "Qarabağ” məni çox ümidləndirib. Sloveniyadakı "Qarabağ”dan fərqli komanda izlədik. Əminəm ki, siz də mənimlə razısınız. Komandada möhtəşəm enerji gördüm. Bu bizə əlavə motivasiya verdi. Bu motivasiya bizə lazım idi. Bir qolu da vura bilmədik. Hesab edirəm ki, birinci oyunun evdə olması əlavə motivasiyadır. Bu yaxşı haldır. Mən komandaya inanıram. Delarjı növbəti oyunlarda daha da aktiv görmək istəyirəm. Növbəti oyunlara hazırıq.

- Yeni transferləri Çempionlar Liqasının qurupuna düşmək üçün yetərli sayırsınızmı?

- Bəli. Mən hesab edirəm ki, bugünkü vəziyyətdə normaldır. Qurban Qurbanovun siyasəti düzgündür.  Həmişə "Qarabağ”a uyğun oyunçuları komandaya cəlb edir. Bu işə məsuliyyətlə yanaşır. Bugünkü oyunu sərgiləyə bilsək, çox irəli gedəcəyik.
 
- Azərbaycan səfəriniz "Qarabağ”ın oyunu ilə bağlı idi?

- Bəli. Ancaq buna görə gəlmişəm. Bir az Bakıda qalacağam. Sonra geri dönəcəyəm.
 
- "Qarabağ”ı Almeydasız görmək çətindirmi?

- Büdcəsi böyük olan klubların 4-5 əsas futbolçusu olur. Amma bizim imkanlarımız məhduddur. Riçard kimi futbolçuları Azərbaycana gətirmək çətindir. Klubun büdcəsi buna icazə vermir. Bir futbolçu gedəndə klub özünə gəlməyə çalışır. Təzə oyunçunun komandaya uyğunlaşmağa vaxtı az olur. Təzə gələn "Qarabağ”ın sistemini bilmir və bu futbolçularla oynamayıb. Ona görə də çətin olur. Hesab edirəm ki, bir oyunçuya bağlanmaq da düzgün deyil. Hər hansı oyunçu deyirsə ki, bu məbləği verməsəniz mən gedəcəm, "Qarabağ” onunla vidalaşmalıdır. Digər futbolçular da görməlidir ki, komandamız bir futbolçudan asılı deyil. Mən yaxşı əhval-ruhiyyə ilə buradan ayrılıram. İnanıram ki, Belarus komandasına qarşı da yaxşı çıxış edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail