Emeqara: "Baş məşqçinin yerində mən də olsaydım, eyni qərarı verərdim" - MÜSAHİBƏ

02.08.2018 | 3967 dəfə oxunub

"Qarabağ"ın hücumçusu İnnosent Emeqara Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Kukesi" ilə cavab oyunundan (3:0)  sonra jurnalistlərin suallarını cavablandırıb.

- Keyfiyyətimi ortaya qoymağa çalışırdım. Bunu hamı gördü. Komanda üçün çalışırdım. İstəyirdim ki, qələbə qazanaq və bunun üçün əlimdən gələni etdim. Baş məşqçidən tapşırıq belə idi ki, bir yerdə oynayaq, topu qazananda da, itirəndə də.

- Bir oyunda komanda 3 penalti qazandırdığınızı xatırlayırsınız?

- Rəqib müdafiəçilər üçün çox çətin oldu. Onlar mənim qarşımı kəsmək üçün bir yol axtarırdılar. İşləri ağır oldu.

- III mərhələdə BATE ilə qarşılaşacaqsınız. Həmin oyunlarla bağlı fikriniz necədir?

Bu oyunun asan olacağını düşünmürdük. Matçı asan edən biz olduq. Növbəti rəqib daha çətin olacaq. Daha keyfiyyətli oyunçuları var. 1 həftədir ki, komandaya qoşulmuşuq. Müəyyən qədər vaxtımız var ki, daha yaxşı uyğunlaşaq.

- İkinci penaltini Qurban Qurbanov sizin vurmağınıza icazə vermədi. Buna üzülmədinizmi?

- Baş məşqçinin yerində mən də olsaydım, eyni qərarı verərdim. Onun qərarına hörmətlə qarşılayıram.

- “Qarabağ”dan 4 il öncə qısa müddət oynayaraq, ayrılmışdınız. “Qarabağ” Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynadı. Qərarınıza görə peşman olmadınız?

- 4 il əvvəl artıq keçmişdir. Ailəmlə bağlı məsələ idi. Həmin qərar mənim üçün də çətin olub. Mənə görə ailə hər şeydən əvvəl gəlir. Ayrılmağın səbəbi də bu olub.

- İndiki “Qarabağ”la 4 il əvvəlki komandada fərq var?

- Bunu müqayisə etmək üçün bir az vaxt lazımdır. Həmin dönəmdə də güclü heyətimiz var idi. İndiki komandamız daha yaxşıdır. Hər mövqeydə 2-3 futbolçu oynayır.

- “Qarabağ”dan müəmmalı getmişdiniz. Düşünmürdünüz ki, geri dönəndə sizi yaxşı qarşılamaya da bilərlər?

- Məşqçi heyətini və futbolçuları yaxşı tanıyırdım. Təklif gələndə bir müddət düşündük və ailəmlə qərar verdim. “Qarabağ” Azərbaycanda ən yaxşı komandadır. İnanıram ki, Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsində yenə də çıxış edəcəyik. Bura tam qəlbimlə gəlmişəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail