BATE-nin baş məşqçisi: "Biz də məğlub olsaq, sürpriz olacaq" - MÜSAHİBƏ

07.08.2018 | 4701 dəfə oxunub

Çempionlar Liqası III təsnifat mərhələsində “Qarabağ” BATE ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, oyundan öncə BATE-nin baş məşqçisi Aleksey Baha oyunöncəsi mətbuat konfransında iştirak edib. O, matç haqda fikirlərini bildirib:

– “Qarabağ” haqda nə düşünürsünüz? Sizə uyğun rəqibdirmi?

– “Qarabağ” təcrübəli güclü komandaadır. Çempionlar Liqası qrup mərhələsi təcrübələri var. Komandaya Qurban Qurbanov kimi mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Ancaq şansları bərabər sayıram.

– Azərbaycana səyahət komandaya nə dərəcədə təsir edəcək?

– Avrokubolarda iştirak edən komandalar buna hazır olmalıdır. Bu normal hadisədir. Səfərlər uzun olur. Bu səfərlər heç bir əks-təsir göstərməyəcək.

– HİK-lə oyuna barmaqarası yanaşırdınız, yoxsa BATE-nin bacardığı bu idi?

– Dediyinizin heç biri. Rəqib güclü idi. Bir çox qol epizodlarından istifadə edə bilmədik. Cavab oyununda istədiyimizi etdik.

– Rəsmi saytda olan sorğuda azarkeşlərinizin bir hissəsi “Qarabağ” səddini keçə biləcəyinzə inanmır?

– Bizim rəsmi saytda elə sorğu olmayıb.

– “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk oyunun Bakıda keçirilməsi BATE üçün üstünlük olduğunu deyib. Bununla razılaşırsız?

– Bu barədə söz demək çətindi. “Qarabağ”ın kapitanı da təcrübəli futbolçudu. Onunla razılaşmamaq düzgün deyil.

– “Qarabağ”ın ötən mösüm ÇL-daki oyunlarını izləmisinizmi?

– Hamısını. İşimiz budur.

– Həmin oyunlardaki hansı “Qarabağ”la oynamaq istəməzdiniz?

– “Qarabağ ötən turnirdə Avropanın ən nüfuzu turnirində iştirak edirdi. Ona görə də çətin sualdı. Komanda çempionata yaxşı hazırlaşmışdı.

– Aftandil Hacıyev və Ayxan Abbasovla birlikdə PRO kateqoriyalı dərslərdə olmusunuz. Onlardan hər hansı məlumat əldə etmisinizmi?

– Əlaqə saxlamışam, ancaq tamamilə başqa mövzuda danışmışıq. Tədris vaxtı bizə futbol kifayət edib.

– “Qarabağ” məğlub olsa, bizim üçün sürpriz olacaq, bəs BATE məğlub olsa, sizin üçün bu nəticəni sürpriz saymaq olar?

– Biz də məğlub olsaq, sürpriz olacaq. Maksimum oyuna hazırlaşmalıyıq.

– PSV ilə qarşılaşacağınızı bildikdən sonra motivasiyanız azaldı, yoxsa necə?

– Bu haqda danışmaq çox tezdi.

– Belarus çempionatı davam edir. Bu sizin üçün üstünlükdürmü?

– Həm hə, həm yox. “Qarabağ” da keyifyyətli oyunlar keçirib. Yaxşı formadadılar. Ona görə də, bu haqda danışmaq çətindi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail