BATE-nin baş məşqçisi: "Bizim üçün çətin olacaq" - MÜSAHİBƏ

08.08.2018 | 4364 dəfə oxunub

BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ”la ilk oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Biz hesabı açandan sonra  "Qarabağ” hücuma atıldı. Bu da bizim işimizə yaradı.

- Yekun nəticə komandaların gücünün göstəricisidir?

- Demək çətindir. Hesabı açdıqdan sonra rəqib meydan sahibi kimi təzyiqi artırdı. Biz isə 2-ci qolu vurmaq istəyirdik. Oyunda hesabı açmağımız həlledici oldu.

- Karyeranız ərzində səfərdə qalib gəlib, mərhələ keçmədiyiniz olub?

- Xatırlamıram. Ümid edirəm ki, bundan sonra olmayacaq. Qarşıda hələ bir həftə var. Bizim üçün çətin olacaq. Komanda fiziki cəhətdən gərgin həftə keçirdi.

- Bu gün analiz nəticəsində təxmin etdiyiniz "Qarabağ”ı gördünüz?

- Komandanın ötən mövsüm Çempionlar Liqasının təsnifat və qrup mərhələsindəki oyunlarını, eləcə də yoxlama matçlarını izləmişdik. "Qarabağ” yüksək texnikaya malik oyunçulardan qurulmuş bir komandadır. Bu gün təxmin etdiyimiz komandanı gördük.
 
- Oyunu PSV nümayəndələri də izləyirdi...

- PSV nümayəndələrinin bu oyunda olması heç bir önəm daşımır. Çünki hələ Belarusda cavab matçı var. Onların bura gəlməsi "Qarabağ” və PSV-yə nə dərəcədə önəm verdiklərini göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail