Rəşad Sadıqov: "Düzdür, elə bir şey var idi"

08.08.2018 | 5773 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu dəqiqə oyun barədə danışmaq çətindir. Yeganə səhv buraxdıq, rəqib də bundan istifadə etdi. Mənim üçün çox üzücüdür, çünki həmin səhvi mən buraxdım. Məğlub olduq. Rəqib ilk oyunun səfərdə olmasından yaxşıca istifadə etdi. Qarşıdakı oyuna hazırlaşacağıq.

- Səhvə yol verdiyiniz epizodda topu Qaraya ötürürdünüz, yoxsa necə?

- Bəli, topu Qaraya ötürmək istəyirdim. Sadəcə, hücumçu ayağını uzatdı və topu ələ keçirdi. Nəticədə də qol vurdular.

- İlk dəqiqələrdən “Qarabağ”ın futbolçuları özlərinə oxşamırdı, çox həyəcanlı görünürdü. Bu, nədən irəli gəlirdi?

- Düzdür, elə bir şey var idi. İlk 20 dəqiqədə istədiyimiz oyun alınmırdı. Hər iki komanda səhv etmək istəmirdi. Hesabda geri düşdükdən sonra çox qüvvə ilə irəli atıldıq. Əslində yaxşı imkanlarımız da oldu. Bəzi epizodlarda rəqib qapıçı yaxşı oynadı, bəzilərində isə santimetr dəqiqlik çatmadı. İkinci hissəni yaxşı keçirdik. Rəqibi öz qapısına doğru sıxdıq, çoxsaylı hücumlar qurduq, amma son nəticəni qoya bilmədik.

- Bu məğlubiyyət pley-of şanslarınıza nə dərəcədə təsir edəcək?

- Təbii ki, üstünlük rəqibdədir. Səfərdə vəziyyəti dəyişməyə çalışacağıq.

- Bunun üçün “Qarabağ”a nə lazımdır?

- Daha üstün oynamalıyıq. Rəqib komandanın azarkeşləri qarşısında oynayacağıq. Bizi dəstəkləyən azarkeşlərimiz olmayacaq. Burda göstərdiyimiz oyun orda kifayət etməyə bilər. Daha yaxşı oynamalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail