Nazim Süleymanov: "Bizdə futbolçu çatışmazlığı var"

11.08.2018 | 5207 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə start verilib. Mövsümün ilk turunda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Matç “flaqman”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Stadium.Az xəbər verir ki, oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq matç haqda danışıb:

- Təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Buna rəğmən, irəli baxmaq lazımdı. Komanda ps təsir bağışlamadı. İlk hissədə qol epizodlarımız oldu. Futbol səhvlərdən ibarətdi. Biz də səhv etdik və hesabda geri düşdük. Rəqibə yaxın oynamaq lazım idi. İkinci qolda epizodunda da səhv etdik. Təcrübəli oyunçular belə səhv etməməlidir. İlk oyun idi. Həyəcan var idi. Çempionat yeni başlayıb. İrəli baxmaq lazımdı.

- Sizcə də, “Sumqayıt”ın əsas problemi hücumdadır?
- Bəli, hücumda axsayırıq. Ülvi İsgəndərova etimad göstərdik. Gənc oyunçudu deyə, güvəndik. Ancaq 21 yaş artıq cavan sayılmır, özünü göstərməlidir. Düşündük ki, onu əvəzləyək, ancaq imkan yaratdıq ki, oynasın. Hücum mövqeyinə mütləq oyunçu gətirilməlidir.

- Əfran İsmayılov hücumçu mövqeyində sanki heç nəyə yaramadı…
- Mən deməzdim ki, heç nəyə yaramadı. Hücumçuda olan keyfiyyətlər onda var. Topu saxlaya bilir, soyuqqanlı oynayır. Ümumi probemlərə gəlincə, bizdə futbolçu çatışmazlığı var. Qapıçı mövqeyində də problemimiz var, razıyam.

- Sizcə, Aleksey Əfranın yerinə oynasaydı, daha effektli olmazdımı?-

- İsayevin ikinci hücumçu kimi oynamağı daha effektlidir.

- Sizə elə gəlmirmi ki, bu müdafiə ilə mövsüm komandaya çətin olacaq?
- Futbol səhvlərdən qurulur. Çempionat yeni başlayır. Futbolçularımıza inanıram. Məğlubiyyət olanda səbəblər də çox tapılır. Marafon uzundur. Gələcək oyunlarda səhvləri düzəldəcəyik.

- Hakimlərdən razı qaldınızmı?
- Hakim də səhv edə bilər, o da insandı. Ancaq futbolun incə nüansları var ki, təsirsiz ötüşmür. Bunu biz hiss edirik. Bəzi səhvlər oldu.

- Sizcə, futbolçu problemləri öz həllini nə zaman tapacaq?
- Futbolun özəlliyi ondadır ki, məğlubiyyət olanda baş məşqçi günahkar olur. Ancaq qələbə olanda bütün komandaya yazılır. Qapıçı da dəvət etdik, bəzi səbəblərdən alınmadı. Hücumçular da var idi, ancaq xırda nüanslardan onların transferi də alınmadı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail