"İşimizin gedişatında bu çətinliklər görünəcək" - Elşad Əhmədov

23.08.2018 | 4436 dəfə oxunub

Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"a gözlənilmədən böyük hesabla uduzan "Sabah"ın baş məşqçisi Elşad Əhmədov saytımıza müsahibə verib. Baş məşqçi, alınan acı məğlubiyyətdən və qarşıdakı oyunlara hazırlıqlardan danışıb

- Növbəti tura hazırlıq necə gedir?


- Hazırlıq normal gedir. Bu gün və sabah taktiki planda məşqlərimiz olacaq. Son məğlubiyyətdən sonra bir qədər çətin olsa da, toparlanmağa çalışırıq. Gözləmədiyimiz məğlubiyyət aldıq. Məğlubiyyət olur, amma bu hesab biraz ağır oldu. Uşaqlarla məğlubiyyəti təhlil elədik. Çalışırıq növbəti tur bu məğlubiyyəti unutduraq.

- Ağır məğlubiyyətdən sonra komandada bir sınma, sarsıntı hiss olunur?

- Hər nə qədər yox desək də təbii ki, var. Sınma deməzdim, amma bir gərginlik, sarsıntı hiss olunur. Tədricən aradan qaldırmağa çalışırıq. Bu həm də bizim işimizdir.

- Ümumiyyətlə, futbolçularla ümumi və ya fərdi söhbətlər oldumu?

- Əlbəttə. Dünən iclas, bu gün isə oyunun analizi olub. Futbolçularla fərdi söhbətlərimiz olub. Hər birinin ayrı-ayrılıqda vəziyyəti ilə tanış oluruq. Bu vəziyyətdən çıxmağa çalışırıq. Olur belə məğlubiyyətlər.

- Artıq komanda Premyer Liqada iki oyun oynayıb. Birinci Divizionla nə kimi fərqlər var?

- Fərqlər çoxdur. Premyer liqada tez düşünmək, sürətli oynamaq tələb olunur. Birinci divizionda futbolçularıma topu özlərində saxlamağı tapşırırdım. Bu, orda hardasa keçərli idi, amma Premyer Liqada o futbolu oynamaq çətindir. Çünki, rəqiblər güclüdü, heyətlərində səviyyəli əcnəbilər var. Bizim komanda isə yenidir. "Xəzər"dən 7 futbolçu göturmüşük. İki ayın komandasıyıq. Elə futbolçular var ki, 2-3 həftədi bizə qoşulub. İşimizin gedişatında bu çətinliklər görünəcək. Amma çətin də olsa, çalışırıq uyğunlaşaq və istədiyimiz futbolu komandaya oynadaq.

- Qarşıdakı tur komanda "Zirə" ilə qarşılaşacaq. Heyətdə ciddi dəyişiklər gözlənilirmi?

- Bəli, olacaq. Ciddi deməzdim, amma dəyişiklər mütləq olacaq

- Belə məğlubiyyətdən sonra rəhbərlik dəstək oldu, yoxsa ...

- Yanımızda oldular. Sagolsunlar. Belə baxanda iki oyuna 3 xalımız var. Çempionat başlamamışdan kimlə qarşılaşmağımızdan asılı olmayaraq iki oyuna 3 xal desəydilər iki əlli razılaşardıq. Yəni, tam olaraq da ruh düşkünlüyü olmamalıdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail