Qurban Qurbanov: "...həmişə həyəcan olur"

27.08.2018 | 5407 dəfə oxunub

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

- Hər iki komandanı təbrik edirəm. Bu oyuna son zamanların ən yaxşı dərbisi demək olar. Futbolçularımız sona qədər mübarizə apardılar, onlardan razı qaldım. Çoxlu qol epizodları oldu. Düşünürəm yaxşı oyun oldu.

- "Neftçi" ilk hissədə daha çox pressinq edirdi. İkinci hissə isə bunu görmədik. Rəqibin pressinqi sizə problem yaratdımı?

- Dəfələrlə demişəm ki, 90 dəqiqə pressinq etmək asan deyil. İkinci hissədə daha yaxşı oyun sərgilədik. Hər iki komandanın oyunundan razı qaldım.

- Miçel və Zubirin vəziyyəti necədi?

- Miçel 15 gün olmayacaq. Zubir əsas heyət oyunçumuzdu. Matça buraxmaqda ehtiyat etdim. Ümid edirəm ki, "Şerif"lə oyuna hazır olacaq.

- Jezniçak sanki rəqabətdə digər müdafiəçilərə uduzur. Bu onun oyununda zəifliklə əlaqədardırmı?

- 20 futbolçumuz var. Hər birinə güvənirəm. Bəzi oyunlarda Rəşad, bəzilərində Jezniçak oynayır. Uğur qazandığım futbolçuları pisləyə bilmərəm.

- Son dəqiqələrdə sanki daha aqresiv idiniz. Həyəcan var idimi?

- Nəticədən asılı olmayaraq, həmişə həyəcan olur. İşimiz asan deyil. Bu gün daha aktiv idim. Bir neçə dəfə meydana daxil olmuşdum. Normal hallardı bu.

- Filip Ozobiçi gələcək oyunlarda oyun qurucu kimi oynatmağı düşünürsünüzmü?

- Bu gün Ozobiç verilən tapşırıqları layiqincə yerinə yetirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail