"Şerif"in baş məşqçisi: "Qarşımıza Avroliqaya düşmək kimi bir məqsəd qoyulmayıb"

29.08.2018 | 4504 dəfə oxunub

"Şerif”in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah çətin oyunun bizi gözlədiyini bilirik. İlk oyunda aldığımız nəticə şanslarımızı artırır. Topla çox yaxşı oynamağı bacaran komandadı. İlk oyundan fərqli olaraq, sabah daha yaxşı oyun göstərməliyik. Fiziki cəhətdən yaxşı hazırlaşmışıq. Əlimizə düşən şanslardan yaxşı istifadə etməliyik.

- Bakıda sizi nələrin gözlədiyini bilirsizmi?

- Bizi nəyin gözlədiyini yaxşı bilirik. Sabah stadion dolu olacaq. Lakin biz belə azarkeşlər qarşısında oynamağı bacarırıq.

- Sabah "Şerif"in ifasında yenə ehtiyatlı oyun görəcəyik? 

- "Qarabağ" ötən il ÇL-ə düşməklə Avropada özünü tanıtdı. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. "Qarabağ" qol vursa, biz də qol vurmağa çalışacağıq.

- Roberto Bordindən məsləhətlər almısınızmı?

- "Qarabağ"ın "Neftçi" ilə keçirdiyi oyunu izləmişəm. Güclü və zəif tərəflərini bilirik. Bordinlə danışmamışam. Buna ehtiyac yoxdu. 

- Emeqaranın sabah meydanda olması sizə hər hansı çətinlik yaradacaqmı?

- Emeqaranın oyunlarını təhlil etmişik. Biz öz oyunumuzu oynamalıyıq. "Qarabağ"ın güclü futbolçuları var. Öz şanslarımızı gözləyib bundan istifadə etməliyik.

- Sabah "Qarabağ" "Şerif"i 2:0, 3:0 hesabı ilə məğlub etsə, komandada gələcəyiniz necə olacaq?

- Bu haqda danışmaq çətindi. Qarşımıza Avroliqaya düşmək kimi bir məqsəd qoyulmayıb. Yenilənmiş komandayıq. Hər komanda, hər futbolçu istəyir ki, ölkəsini Avropada layiqincə təmsil etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail