Araz Abdullayev: "Yad mövqe olsa da, özümü doğrultmağa çalışıram" - MÜSAHİBƏ

30.09.2018 | 4718 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Araz Abdullayev səfərdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra brifinq keçirib. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi oyun barədə fikirlərini bölüşüb və bir sıra sualları cavablandırıb: 

- Ağır oyun oldu. İkinci hissənin sonlarına yaxın qələbə qollarını vurduq. "Sabah" yaxşı komandadır. Çox yaxşı mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik.

- Bu oyunda fərqli mövqedə - mərkəz hücumçusi kimi çıxış etdiniz. Növbəti görüşlərdə də bunu görə biləcəyik, yoxsa bu, bir oyunluq sınaq idi?

- Baş məşqçi məni hansı mövqedə oynadırsa, orada komandama kömək etməyə çalışıram. Yad mövqe olsa da, özümü doğrultmağa çalışıram.

- Sentyabrda hazır olmadığınız üçün milliyə dəvət almamışdınız. İndi özünüzü hazır hiss edirsiniz?

- Özümü oyundan-oyuna daha yaxşı hiss edirəm.

- Qarşıda sizi "Arsenal"la Avropa Liqasının oyunu gözləyir. Fikirləriniz necədir?

- "Arsenal" güclü komandadır. Bizi çətin oyun gözləyir. Öz meydanımızda çıxış edirik, xalqımıza yaxşı oyun göstərmək istəyirik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- "Arsenal" ardıcıl 7 oyundur ki, qələbə qazanır. Bu, sizi qorxurtmur?

- Biz də bir neçə oyundur ki, qələbə qazanırıq. Avroliqada da çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.

- "Qarabağ"ın düşərgəsində bu oyuna necə yanaşırlar: 1 xal qazanmaq sizin üçün uğurdur, yoxsa əsas məqsəd qrupdan çıxmaqdır?

- Hamı istəyir ki, maksimum nəticə qazanaq. Qrupdan çıxmaq arzusundayıq. Ancaq elə matç olur ki, yaxşı oyun göstərib sonda məğlub olursan və ya pis oynayıb qələbə qazanırsan.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail