Atilla Yıldırım: "Qurban Qurbanov dəvət edərsə..." - MÜSAHİBƏ

01.10.2018 | 471 dəfə oxunub

“Sumqayıt”ın futbolçusu Atilla Yıldırım Azərbaycan Premyer Liqasının 6-cı turunda doğma meydanda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra  jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün vacib olan 3 xal idi. Qələbə qazandığımız üçün çox sevincliyik. Milli komandanın oyunlarından öncə “Səbail”lə qarşılaşacağıq. Həmin oyunda da 3 xalı qazanıb, qələbə seriyamızı 3-ə qaldırmaq istəyirik.

- Bir neçə məqamda topu qapıdan keçirə bilmədin. Səbəbi nədir?

- Bir aya yaxındır “Sumqayıt”a gəlmişəm. Hələlik tam olaraq formada deyiləm. Hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Bir çox qol epizodu olur. Amma qol epizodlarında olmaq da müsbət haldır. Çünki ilk oyunlarda çox az qol imkanlarım olurdu. Həmin epizodlar da daha çox matçın son dəqiqələrində baş verir. Bu zaman yorğunluq da öz sözünü deyir. Tam formaya düşəndən sonra daha çox qol vuracağıma inanıram.

- Qolu özün vurmuş kimi sevindim. Hiss etdin ki, top sənə dəydi?

- Aha, hiss etdim ki, top mənə toxunaraq qapıya daxil oldu. Ona görə elə sevindim. Əsas məsələ qol vurmaqdır. Qolu kimin vurması önəmli deyil.

- Matçın bəzi məqamlarında baş məşqçiniz Nazim Süleymanovla bir neçə dəfə dialoqlarınız oldu.

- Baş məşqçimizə dedim ki, daha kompakt olarsaq, müdafiə xəttimiz bir qədər önə çıxarsa, bizim üçün daha asan olar. Yəni, Nazim Süleymanovla mübahisə etmirdik, sadəcə, söhbət etdik.

- Oyun zamanı bəzən aqressiv olursan...

- Bəli, bəzən aqressiv ola bilirəm. Çünki qalib gəlmək istəyirəm. Futbol da bir döyüş meydanıdır. Həmin döyüşdə qalib gəlmək üçün əlindən gələn hər şeyi etməlisən. Rəqib sənin üçün düşmən kimi görünür. Hər nə qədər düşmən olmasa da. Oyundan sonra rəqib futbolçularla münasibətlərimiz normaldır.

- Milli komandamıza cəlb olunacağın iddia edilir. Belə bir şey varmı?

- İddialar olur. Biz Azərbaycanla iki dövlət, bir millətik. Mənim əslim Karslıdır. Əgər baş məşqçi dəvət edərsə, niyə də olmasın? Mən yığmanın Kosova və Malta ilə oyunlarına baxdım. Hücumda çoxala bilmirlər.

- Deyirsən ki, yığmamızda sənin kimi hücumçuya ehtiyac var?

- Baş məşqçi dəvət edərsə, əlbəttə. Hər nə qədər tam olaraq formada olmasam da, komandanın oyun içində daha rahat oynamasına çalışıram. Topu özümdə saxlayıb, ya cinahlara, ya da mərkəzdəki futbolçulara ötürürəm. Hər komanda üçün bu önəmlidir. Ona görə də Malta və Kosova matçlarında qol epizodları az oldu.

- Komanda yoldaşın Əfran İsmayılovla oyun zamanı sanki anlaşa bilmədiyin görünür.  Aranızda problem var, ya?

- Əfranla meydandan kənarda münasibətlərimiz yaxşıdır. Sadəcə, oyun içində bəzən anlaşılmazlıqlar olur. Daha sonra unudulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2018

17.10.2018

13:48  "Biz robot deyilik" - Simeon Slavçe

16.10.2018

22:10  Millimizdən bərabərlik - Yenilənib

20:11  Norveç - Azərbaycan -HEYƏTLƏR

10:52  VIII turun hakim təyinatları - Premyer Liqamız

15.10.2018

10:16  Rusiya - Türkiyə 2:0 VİDEO

03:12  Azərbaycan - Malta 1-1 VİDEO

14.10.2018

22:45  "Doğru yoldayıq" - Malta millisinin baş məşqçisi

21:59  Millimiz yenə xal itirdi - YENİLƏNİB

19:09  Azərbaycan Malta - Heyətlər

13.10.2018

20:22  "Rüfəti vaxtında dəvət etdik" - Qurban Qurbanov

12.10.2018

11:48  UELS - İspaniya 1:4 VİDEO

11:45  İraq - Argentina 0:4 VİDEO

11:44  Fransa - İslandiya 2:2 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 3 2 1 0 4-1 7  
2. Neftçi 3 2 1 0 5-2 7  
3. Sabah 3 2 0 1 4-4 6  
4. Qəbələ 3 1 1 1 5-3 4  
5. Sumqayıt 4 1 1 2 5-5 4  
6. Səbail 3 1 0 2 2-6 3  
7. Zirə 2 0 1 1 2-4 1  
8. Keşlə 3 0 1 2 3-5 1  
26.08Keşlə 1-2Səbail
26.08Qarabağ 1-1Neftçi
25.08Zirə 0-2Sabah
25.08Qəbələ 1-1Sumqayıt
15.08Səbail -Zirə
15.08Sumqayıt -Qarabağ
16.08Sabah -Qəbələ
16.08Neftçi -Keşlə