Nazim Süleymanov: "Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər" - MÜSAHİBƏ

01.10.2018 | 5352 dəfə oxunub

"Çox gərgin oyun keçdi. Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadıq. Futbolun meyvəsi qoldur. Təkcə bu çatmırdı. Qol epizodları yaratdıq, bəzilərindən istifadə edə bilmədik. Qələbə qazanmaq hər zaman xoşdur”.
 
Bu sözləri "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VI turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
 
-  Özünüz də qol epizodlarından yararlana bilmədiyinizi qeyd etdiniz. Hücumçu axtarışını davam etdirirsiniz?

- Bu barədə düşünmürük. Əlimizin altında olan futbolçulardan istifadə etməyə və irəliyə getməyə çalışacağıq.

- Son nöqtənin qoyula bilməməsinə səbəb nədir?

- Minimal hesabla irəlidə olmaq çox pisdir. Çünki rəqib hesabı bərabərləşdirə bilər. Bunu tələskənliklə əlaqələndirərdim. Futbolçularım meydanda özlərini daha rahat hiss etməlidirlər.
 
- Əfran İsmayılov 82-ci dəqiqədə əvəzlənməsini istədi. Gərgin oyunda təcrübəli futbolçunun əvəzlənməsini istəməsi doğru haldır?

- Burada müəyyən amillər var. Məsələn, süni meydanlar futbolçuya pis təsir edir. Əfranı başa düşmək lazımdır. Bundan başqa, əlində zədə var idi. Ona görə də onu əvəzləmək məcburiyyətində qaldıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail