Unay Emeri: "Kifayət qədər əziyyət çəkdik"

05.10.2018 | 4214 dəfə oxunub

“Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ” üzərində qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq. “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq.

- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?

- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.

- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?

- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. Rəqib “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahaq qələbə qazanaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail