Tahir Gözəl: "Bu oyun heç vaxt unudulmayacaq" - MÜSAHİBƏ

05.10.2018 | 4691 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Bakıda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının II tur matçından sonra jurnalistlərin suallarını cavablandılrıb: 

- Hesab edirəm ki, "Qarabağ" Azərbaycana layiq oyun oynadı. Nəticə oyunun keyfiyyətini əks etdirmədi. Məncə, möhtəşəm oynadıq. "Qarabağ" bütün dünyanın və İngiltərədən gələn azarkeşlərinin hörmətini qazandı. Düzdür, nəticə istədiyimiz kimi olmadı. Rəqibimiz dünyaca məşhur, çox güclü komanda idi. Biz Qarabağın adını İngiltərəyə və bütün dünyaya duyurmaq istəyirdik ki, bunu da bacardıq. Bu möhtəşəm stadionda dünyanın ən nəhəng klublarını qəbul edirik. Bu, bizim üçün xoş haldır. 

- Azərbaycana gəlişiniz bu oyunla bağlı idi, yoxsa şəxsi işlərinizə görə?

- Mən tez-tez Azərbaycanda oluram. Əlbəttə, bu oyun da çox önəmli idi. Tarixi qarşılaşma idi. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Xüsusən də ilk hissə çox möhtəşəm idi.

- Bu gün sanki bəzi oyunçuların ustalıq səviyyəsi qol vurmağa çatmırdı. Sizcə, növbəti mövsümdə komandanı daha da gücləndirmək və daha bacarıqlı oyunçular gətirmək olarmı?

- Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Demək olar ki, komandanın media gəlirləri yoxdur. Azarkeşlərimizin əksəriyyəti məcburi köçkünlər olduğu üçün bilet gəlirlərimiz elə də çox deyil. Biz bu gün büdcələri bizdən qat-qat çox olan klublarla mübarizə aparırıq. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda Qarabağ adını bütün dünyaya çatdırmaqdır. İtaliyanın "İnter" klubu ilə oyunda bizə qarşı olan haqsızlığa, hətta İtaliya mediası belə biganə qalmamışdı. Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail