Qara Qarayev: "Həmin epizodları qola çevirsəydik, bəlkə də fərqli olacaqdı"

05.10.2018 | 5138 dəfə oxunub

Bu oyunun belə mühitdə keçməsi azarkeşlər və jurnalistlərin böyük marağı sayəsində oldu. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Heç də pis oynamadıq. Statistikaya nəzər yetirdim, “Arsenal”dan geri qalmadıq. Maksim Medvedevlə Ozobiçin ilk hissədə, Mahirin də fasilədən sonra şansları oldu. Amma təəssüf ki, fərqlənə bilmədik. Həmin  epizodları qola çevirsəydik, bəlkə də fərqli olacaqdı”.
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, "Qarabağ"ın qol şanslarından yararlana bilməməyindən danışıb: "Son nöqtəni qoymaqda çətinlik çəkdik. Bunun üzərində işləmək lazımdır. Öhdəmizə düşən yalnız çalışmaqdır. Nəticə də tezliklə alınar. Futbolçu kimi əlimizdən gələni etməliyik”.
 
Millimizin üzvü rəqibin uzun ötürmələrdən və cinahlardan istifadə etdiyini deyib: "Düşünmürəm ki, Miçelin oyunu alınmadı. Rəqib daha çox cinahlarda və uzun ötürmələrdən istifadə edirdi. İlk hissədə belə daha çox oynayırdılar. Məcbur 5 müdafiəçi ilə oynadıq. İkinci hissədə Miçel o qədər də pis oynamadı".
 
Qarayev baş məşqçi Qurban Qurbanovun futbolçulara təşəkkür etdiyini vurğulayıb: "Qurban Qurbanov oyundan əvvəl bizə dəstək vermişdi, rahat olmağımızı və azarkeşlər üçün yaxşı oynamağı bildirmişdi. Bizi yaxşı şəkildə motivasiya etmişdi. Matçdan sonra da bizə təşəkkür etdi. Vuruşduq, amma bəzən yaxşı oynasan da, nəticə qazana bilmirsən. Rəqib də ciddi və təhlükəli komandadır. "Arsenal"a qarşı oynayırdıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail