Rəşad Sadıqov: "Xal qazanmaq üçün yaxşı fürsət idi"

26.10.2018 | 3803 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Vorskla"ya 0-1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

- Təbii ki, xal qazanmaq üçün bu gün yaxşı fürsət idi. Amma bundan istifadə edə bilmədik, məğlub olduq. Çox üzgünük. İstəyirdik ki, qələbə qazanaraq, həm özümüzü, həm də azarkeşlərimiz sevindirək. Ancaq bu, baş vermədi.

- Bu gün niyə alınmadı?

- Artıq bu, ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin 2-3ü qol və ya 1 zərbənin 1-i qol olur. Paltardəyişmə otağında da bunu düşünürük, hücumlar edirik, oyuna nəzarət bizdə olur, amma qapımıza 1-2 zərbə qola çevrilir. “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Ordan xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyədə çıxacaqdıq. Adam heç olmasa, bir az həvəslənərdi. İlk iki turda uduzduq. Özü də çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də “Arsenal”a uduzmağımızı deyərdim. “Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı.

- “Qarabağ”la “Arsenal” arasında böyük səviyyə fərqi var. “Arsenal”la oyun sizə niyə pis təsir etdi ki?

- Əlbəttə, səviyyədə fərq var. Sadəcə, oyundan öncə heç özüm də təxmin etmirdim ki, bu qədər şanslarımız olacaq. “Arsenal”a 1-2 qol vursaydıq, tam fərqli mənzərə olacaqdı. Qrupda fərqli yerdə olardıq. Məğlubiyyət uşaqlara pis təsir edir. Onlarda ruh düşkünlüyü yaranır. İlk iki oyunda xal qazansaydıq, bu gün tam fərqli olacaqdı.

- Ötən günkü dopinq testi və “Səbail”lə oyundakı texniki məğlubiyyət nə dərəcədə təsir etdi?

- Xeyr, mən bunları səbəb gətirmirəm. Bu, fərqli oyun idi. Fikrimiz oyunda idi, köklənmişdik. Bilirdik ki, rəqib kompakt oynayaraq, tempi aşağı salacaq. Biz də səbirli oynamağa çalışırdıq. Ancaq ikinci hissədə buraxdığımız adi qol bir çox şeyi pozdu.

- Sergeyçuk oyundan öncə bildirmişdi ki, “Qarabağ”ı cinahlarda bağlasaq, qol vurmayacaqlar. Bunu bacardılar?

- Bizi bağladıqlarını deməzdim. Cinahlardan yetərincə asmalar oldu, hücumlarımız baş tutdu. Sadəcə, bu tip oyunlarda qalib gəlmək üçün daha yaxşı olmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail