"Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir" - Ceyms Adeniyi

08.11.2018 | 3775 dəfə oxunub

"Qəbələ"də göstərdiyim oyuna görə xoşbəxtəm. Artıq komandada qələbə hissi oyandığı üçün çox sevinirəm".

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyi klubun rəsmi saytına açıqlamasında deyib. Premyer Liqanın II dövrəsinə uğurla başlayan “Qəbələ” son 3 oyunda 7 xal qazanıb. “Qırmızı-qaralar” bu matçlarda 7 qol vurub ki, bunlardan 6-sı Stiven Monroz – Ceyms Adeniyi cütlüyünün hesabındadır. Bu yay komandaya qoşulan sonuncu özünün və klubun çıxışını dəyərləndirib: "İkinci dövrə yeni başlayıb. Mövsümün böyük hissəsi irəlidədir. Hələ qarşıda oyunlarımız var. İnanıram ki, birlikdə daha çox uğur qazanacağıq. Turnir cədvəlində daha yüksək pillələrə irəliləmək üçün imkanlarımız var”.

Uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirən Adeniyi XI turun “Qarabağ”la ev oyunu barədə də iddialı danışıb: “Ev oyunlarımız yaxşı ab-havada keçir. Azarkeş dəstəyi bizi daha yaxşı oynamağa vadar edir. Biz də bu dəstəkdən ruhlanıb yaxşı oyun nümayiş etdiririk. Növbəti turda qarşılaşacağımız “Qarabağ” güclü rəqibdir. Əlimizdən gələni edəcəyik ki, bu matçda da qalib gələk. İnanıram ki, qələbə qazanmaq üçün hər bir futbolçu bütün bacarığını ortaya qoyacaq. Hər birimiz komandaya daha çox fayda verməyə çalışacağıq”.

Nyabrın 11-də keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail