Ruslan Abışov: "Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm" - MÜSAHİBƏ

21.11.2018 | 4081 dəfə oxunub

"Neftçi” klubunun uzun müddətdən sonra məşqlərə başlayan kapitanı Ruslan Abışov klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:  

- Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladınız...

- Bəli. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Gündən-günə özümü daha da yaxşı hiss edirəm.

- Bu müddət ərzində iki dəfə Almaniyada oldunuz. Həmin ölkəyə yenə səfər edəcəksiniz?

- Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.

- Bərpa prosesi ilk plana uyğun davam edir, yoxsa plandan daha tez gedir?

- Almaniyadakı həkimlərin dediyinə görə, proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Yanvar ayındakı təlim-məşq toplanışında var-gücümlə məşq etməyi düşünürəm.

- Bərpa müddəti ərzində ən çətini nə olur?

- Futbolsuz qalmaq. Bunu sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram.

- Yəqin ki, azarkeşlərdən də dəstək alırsınız?

- Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də azarkeşlərin yazdığı hər bir mesaj, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.

Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Macarıstan "Uypeşt"inə 0:4 hesabı ilə uduzduqları oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail