Yakub Jezniçak: "Hakim oynamağa imkan vermirdi" - MÜSAHİBƏ

25.11.2018 | 4439 dəfə oxunub

 “Qarabağ”ın futbolçusu Yakub Jezniçak Azərbaycan Premyer Liqasının XII turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb:

Oyun haqqında nə deyə bilərsiniz?

- Topa nəzarət oyunboyu bizdə oldu. Rəqib öz meydanında bütün komanda ilə müdafiə olunurdu. Belə komandalara qarşı qol epizodu yaratmaq çətindir. Biz topa sahib olsaq da, imkan yarada bilmədik. Rəqibin isə bir şansı oldu və maksimum yararlandı. Qələbə üçün çalışsaq da, nəticədə heç-heçə etdik.

Hücumda kəsərsiz olmağınızın səbəbi nə idi?

- Keçən mövsümə də nəzər salsaq, görərik ki, adətən 1:0 və ya 2:0 hesabı ilə qələbə qazanırdıq və adətən qolları son dəqiqələrdə vururduq. Bunun da əsas səbəbi bizə qarşı komandaların müdafiədə daha diqqətli oynamasıdır. Qarşıda hələ 16 matç var, heç nə bitməyib. Sona kimi mübarizə aparacağıq.

Bu gün qol vursanız da, sanki gərgin görünürsünüz. Nəticəyə görədir?

- Mənim üçün daha xoş olardı ki, qol vurmayım, amma komanda qalib gəlsin. Oyun tez-tez dayanırdı, hakim oynamağa imkan vermirdi. Bir epizodda da top uğrunda mübarizə olsa da, hakim mənə sarı vərəqə göstərdi. Bu qərarı hələ də başa düşə bilmirəm. Futbol elə oyundur ki, bir az sərtlik normaldır. Heç nədən sarı vərəqə almağım kefimi pozdu.

Dörd gün sonra “Sportinq”lə oyun var. Bu xal itkisi ab-havanı pozacaqmı?

- Bunlar iki fərqli turnirlərdir. Ona görə bir-birinə təsir edəcəyini düşünmürəm. Çalışacağıq ki, azarkeşlərimiz nəticədən asılı olmayaraq gözəl futbol izləsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail