Rəhman Hacıyev: "Ümid edək ki, səhv olar" - MÜSAHİBƏ

02.12.2018 | 5162 dəfə oxunub

"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox ağır oyun keçdi. İlk hissədə 10 nəfər, daha sonra 9 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Bəlkə də, kənardan asan görünə bilər, amma çox, həddindən artıq çətin idi. Hakim də bəzi epizodlarda həqiqətən bizi çox sıxdı. Buna baxmayaraq, qələbə qazandıq. Bütün komandanı təbrik edirəm

- Sizə çətinliyi əsas nə yaratdı? 

- Meydanda azlıqda qaldıqdan sonra çətinlik çəkdik. Azlıqda qaldıqda məcburən müdafiədə dayanıb, əks-hücumları gözləyirsən.

- Qış fasiləsinə çempion kimi gedirsiniz..

- Çox sevindirici haldır. Amma bu o demək deyil ki, biz artıq çempionuq. Qarşıdakı oyunlara çox ciddi hazırlaşmaq lazımdır. Ümid edirəm, belə də davam edib, çempion olarıq.

- İki futbolçunuz qırmızı vərəqə aldı, qapınıza penalti təyin olundu. Hakimin idarəçilyi haqda nə deyə bilərsən?

- Hakimlə bağlı onu deyə bilərəm ki, futbolda hər kəs səhv edə bilər, amma Rəhim Həsənovun səhvləri çox bilinirdi. Yəni, bizi sıxışdırmağı göz qabağındaydı. Ona görə çətinlik çəkdik. Belə olmaz. Həqiqətən, belə olmaz. Hakim bir-iki səhv edə bilər, bu, normal bir şeydir. Amma komandanı sıxmaq tamam başqa bir şeydir. Buna baxmayaraq, komanda halında yaxşı mübarizə aparıb, qələbə qazandıq. Çox sevinirəm buna görə.

- Səncə, hakimin qərarlarında səhv var idi, ya qərəz?

- Nə bilim, vallah. Ümid edək ki, səhv olar. Penalti epizodu ilə bağlı da nəsə deyə bilmərəm. Çünki görməmişəm. Amma Dabonun vəziyyətində məncə, penalti var idi.

- Son oyunlar sabit olaraq meydana çıxırsan. Yavaş-yavaş əvvəlki formana qayıdırsan.

- Məşqlərdə çox çalışırdım. Düzdür, heyətdə yer ala bilmirdim. Amma baş məşqçimizin fikirlərinə hörmətlə yanaşıram. Amma yenə də həvəsdən düşmürəm, məşqimi edirəm. Əgər məni meydana buraxıb, mənə güvənirsə, əlimdən gələni edəcəyəm ki, əsas 11-likdə yerimi möhkəmləndirim.

- Yenidən milliyə cəlb olunacağını düşünürsən?

- Çağırılsam, çox sevinərəm. Çünki bir futbolçu üçün meydana çıxmamaq, milliyə çağırlamamaqdan daha pis təsir edir. Klubumda oynamırdım, buna görə də çağırılmırdım. Bu da normal bir şeydir. İnşallah, belə davam edib, milliyə dəvət alaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail