Baqali Dabo: "Hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir" - MÜSAHİBƏ

02.12.2018 | 4528 dəfə oxunub

“Neftçi”nin hücumçusu Baqali Dabo Premyer Liqanın 13-cü turunda “Sabah”a qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı qələbə oldu, komanda meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda döyüşməyə hazır idi və bunu edirdi. Çox vacib qələbə oldu.

- Gözünün birinə qan gəlib. Matç zamanı baş verib, yoxsa qarşılaşmadan əvvəl belə idi?

- Bu oyunda baş vermədi. Bundan əvvəlki turda olub. Yaxşılığa dorğu gedir.

- Qırmızı vərəqə aldığın epizoda etiraz edirdin. O epizodda hakimi aldatmağa cəhd etmişdin, yoxsa həqiqətən də sənə müdaxilə olmuşdu?

- Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Ancaq 100 faiz əminliklə deyə bilərəm ki, orada simuliyasiyadan söhbət gedə bilməz. İlk sarı vərəqəni alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir.

- Bunu hiss edirdinsə, niyə baş məşqçiyə demədin ki, səni əvəzləsin?

- Elə davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orada simuliyasiya etmədim. Qərar doğru deyildi.

- Qırmızı vərəqə aldıqdan sonra gah su içdin, gah da hakimi ironiya ilə alqışladın və meydanı tərk etmək istəmədin. Səhv hərəkət etdiyini düşünmürsən?

- Deməzdim ki, səhv etmişəm, bunu bilərəkdən etdim. Azarkeşlərimizi də salamladım. Onlara dəstək üçün təşəkkür elədim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə desən edə bilərdim. Onsuz da qovulmuşdum.

- Final fitindən sonra olduqca çılğın şəkildə meydana qaçıb qələbəni qeyd etdin. Bu, hakimin qərarlarına görə idi?

- Çox yaxşı oynamışdıq. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxamayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur.  Bizim üçün heç də asan olmadı. Qalib gəlmək üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail