Qurban Qurbanov: "Reynaldonun durumu məni qane etmədi" - MÜSAHİBƏ

09.02.2019 | 5611 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib:

- Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi.

- "Sumqayıt"ın ikinci hissədəki oyunu sizi təəccübləndirmədi?

- İki hücumçu gözləyirdik. Amma bir hücumçu ilə oynadılar.

- Fasilədən sonra komandanızın arxayınlaşdığını düşünmürsünüz?

- Deməzdim ki, arxayınlaşdım. Sadəcə, ikinci qoldan sonra bu, ola bilsin, hiss olundu. İkinci hissədə rəqibin heyətində 2 dəyişiklikdən sonra rəqib fəallaşdı. Komandam qələbə qazanmaq üçün çox əziyyət çəkdi.

- Şahrudin Məhəmmədəliyevin oynamaması nə ilə əlaqədar idi?

- Qətiyyən "Neftçi" ilə oyuna görə deyildi. Sadəcə, dünən məşqdə diz nahiyəsindən zədə almışdı.

- Mahir Mədətov nə zaman oynaya biləcək?

- Düşünmürəm. Bu gün də fərdi məşq edirdi. Bir neçə günə komandaya qoşula biləcək.

- İlk qolda mübahisəli durum yarandı. Həmin epizodu necə qarşıladınız?

- Mübahisəli bir şey yox idi. Özüm də qolun olduğunu gördüm və soyuqqanlı qarşıladım. Baş hakim də görmüşdü. Ola bilsin, yan xətt hakimi başqa fikirdə idi. Futbolçular bu zaman ona VAR sistemi göstərdilər (gülür).

- Növbəti tur "Qəbələ"yə qarşı oynayacaqsınız...

- Çətin rəqibə qarşı oynayacağıq. Mövsümün ikinci yarısına daha ciddi hazırlaşdıqları görünür. Futbolçulara iki gün istirahət verdikdən sonra oyuna ciddi hazırlaşacağıq. Hər bir rəqib bir-birini yaxşı tanıyır. Asan oyun keçməyəcək.

- Reynaldonun durumu sizi qane edir?

- Hələ yox. Son 3 məşqdə iştirak edib. Hər şey yaxşılığa doğru gedir. Tədricən daha yaxşı performansda olacağını düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail