"Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm" - MÜSAHİBƏ

10.02.2019 | 5385 dəfə oxunub

Millimizin baş məşqçi vəzifəsinə namizəd olan Nikola Yurçeviç "Sumqayıt” - "Qarabağ” görüşünü canlı izləyib. Xorvatiyalı çalışdırıcı görüşün fasiləsində jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycanda ilk oyuna baxırsınız...

- Elədir. "Qarabağ” "Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.

- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiz. Azərbaycan futbolu ilə maraqlanırsız?

- Yetərincə məlumatlıyam. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.

- Bu məqsəd haqda AFFA rəsmiləri heç nə deməyib. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.

- Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiz? Planlarınız necədir?

- Kifayət qədər millidən məlumatlıyam. Vətənimin seçməsini - Xorvatiya yığmasını da yaxşı tanıyıram. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.

- Təlim-məşq toplanışı üçün planınız var?

- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.

- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiz. Bu da o deməkdir ki, baş məşqçi vəzifəsinə təyin ediləcəksiz.

- Hər şey müsbətdir, gözləmək lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail