"Çalışacağıq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanaq" - Yurçeviç

12.02.2019 | 6012 dəfə oxunub

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç bu gün mətbuat konfransı keçirib.

Stadium.az xəbər verir ki, 52 mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Sizinlə 2020-ci ilə qədər müqavilə imzalanıb. Müqavilənin detalları barədə məlumat verə bilərsiniz?

- Xorvatiyada heç bir mətbuat orqanına danışmamışam. Ona görə də heç bir məlumatım yoxdur. AFFA ilə 1 illik müqavilə imzalamışam. İlin sonunda danışıqlar aparacağıq.

- Millimizin Avropa çempionatının final mərhələsinə çıxmaq şanslarını necə görürsünüz?

- İlk növbədə komandaya inanmalıyıq. Xorvatiya bizdən dəfələrlə güclü komandadır. Amma çalışacağıq ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanaq.

- Azərbaycan çempionatında bir neçə oyun izləmisiniz. Təəssüratlarınız necədir? - İki oyunu canlı izləmişəm. Xorvatiyada olanda “Qarabağ” – “Neftçi” oyununu izləmişəm. Həmin oyun çox xoşuma gəldi. Ümumiyyətlə, millinin əsas üzvləri bu iki komandanın şərəfini qoruyurlar.

- Millimizdə hansı dəyişikliklər etmək istəyirsiniz?

- Bundan əvvəlki seçmə mərhələ oyunlarını izləmişəm. Düzgün oynamaqla öz istədiyimizə çata bilərik. - Qapı mövqeyində hansısa dəyişikliklər etməyi düşünmürsünüz?

- Qapıçılar barədə məlumatım var. İki-üç həftə ərzində qapıçılar barədə məlumat verə bilərəm. Mənim üçün çox vacibdir ki, yığmaya dəvət olunan futbolçular oyuna yaxşı köklənə bilsinlər.

- Seçmə mərhələnin başlamasına 1 aydan az vaxt qalıb. Bu, sizin üçün yetərlidirmi?

- Bəli, ayın 21-i çox vacib oyunumuz var. Öz nəzərimdə 20-ə yaxın futbolçu var. İlkin məlumatım var. Demək olar ki, yerli oyunçular barədə məlumat toplamışam. Ancaq oyunçu axtarışlarımız davam edəcək. Azərbaycan çempionatında oynayan milliyə namizəd futbolçular barədə tam məlumata sahibəm. Legioner həyatı yaşayan futbolçuları da yaxın müddətdə tanımağa çalışacam.

- Köməkçiləriniz kimlər olacaq?

- Köməkçilərimdən biri Xorvatiyadan olacaq. Digərləri isə yerlilər olacaq. Xorvatiyalı məşqçinin adı Mario Tokiçdir, onunla Zaqreb “Dinamo”sunda bir yerdə çalışmışıq. Yerli məşqçilərlə bağlı isə AFFA ilə danışqlarımız olacaq.

- Millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə məsləhətləşmisiniz?

- Mən Robert Prosineçkini 30 ildən çoxdu tanıyıram. Bu barədə çox söhbətlərimiz olub. Ondan ancaq pozitiv sözlər eşitmişəm. Hər şey onun dedikləri kimidir.

- Millimiz fiziki cəhətdən çox geri qalır. Bunu aradan qaldırmaq üçün nə planlarınız var?

- Bəli, məlumatım var ki, millinin bəzi futbolçuları 4-5 gündən bir oyun keçirməyə hazır deyillər. Bunu aradan qaldırmağa çalışacağıq.

- AFFA qarşısınıza hansı şərtlər qoyub? 

 - Əsas məqsədimiz oyunumuzu artırmaq olacaq. Qrupda yaxşı nəticə qazanmağa və final mərhələsinə yüksəlməyə çalışacağıq. Avropa çempionatına çıxmaq üçün vuruşacağıq.

- Robert Prosineçki Azərbaycanda yeməkdən danışanda kababı tərifləyirdi. Sizin mətbəximizlə tanışlığınız necədir?

- Bəli, Prosineçki ilə yalnız futbol barədə danışmamışıq. O, ən çox yeməklərinizi bəyəndiyini deyib, həmçinin, Bakının gözəlliyindən danışıb.

- Millimizin keçmiş baş məşqçisi Qurban Qurbanovla görüşmüsünüz?

- Qurban Qurbanov Azərbaycan futbolu üçün böyük addır. Onun uğurları çox olub. Amma hələ ki, görüşmək imkanımız olmayıb. Gələn həftə Premyer Liqa klublarının məşqçiləri ilə görüşəcəm, onlardan məlumat almağa çalışacağam.

- Müqavilənizin maliyyə detallarını açıqlaya bilərsiniz?

- Bu barədə AFFA ilə qısa danışığımız olub. Onlar bu barədə sizə daha dəqiq məlumat verə bilərlər.

- Robert Prosineçki ailəsi ilə birlikdə Bakıda yaşayırdı. Siz necə qərar verəcəksiniz?

- Mən Robert Prosineçkidən ancaq pozitiv sözlər eşitmişəm. Həyat yoldaşımla birgə Bakıda yaşayacağıq. Qızlarım isə təhsilə görə Zaqrebdə qalacaqlar və hər ay Bakıya gələcəklər.

- Mətbuat konfransında çox məsələlərdən danışıldı. Ancaq hansı oyun üslubuna üstünlük verdiyinizi açıqlamadınız.

- Hücumameyilli futbola üstünlük verirəm. Ancaq rəqibdən asılı olaraq taktiki sxemimizi dəyişə bilərik. Əsas meydanda konsentrasiyanı itirməməliyik. Onu deyə bilərəm ki, Xorvatiyaya qarşı fərqli oyun sərgiləyəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail