Yurçeviç: "Bu bizim üçün çox çətin görüş olacaq" - MÜSAHİBƏ

05.03.2019 | 6111 dəfə oxunub

AFFA-nın Növbəti XXVI Konfransından sonra Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç jurnalistlərin suallarını cavablandırıb:

- Konfrans fantastik alındı. Fikrimcə, AFFA tədbiri yüksək səviyyədə keçirdi. Milli Assosiasiya Bakıda keçiriləcək Avropa Liqasının final oyununa da yüksək səviyyədə hazırlaşır. Bu konfransı Avropada keçirilən tədbirlərlə müqayisə etmək olar. Hər şey ən yüksək səviyyədə idi.

- Xorvatiya millisinə qarşı keçirəcəyiniz görüşlə bağlı nə deyə bilərsiniz?

- Bu bizim üçün çox çətin görüş olacaq. Deyə bilərik ki, Xorvatiya dünyanın ən güclü 2-ci milli komandasıdır. Buna baxmayaraq, bizim də yaxşı komandamız var. Mən Azərbaycan Premyer Liqasının matçlarını izlədim, oyunçularımızın performansını bəyəndim. Əlbəttə, Xorvatiya bu görüşün favoritidir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, onlara qarşı yaxşı oyun göstərək. Bu görüşdə müsbət nəticə göstərəcəyimizə ümid edirik.

- Oyunun hazırlıq prosesinə nə zaman başlayacaqsınız?

- Premyer Liqada 15-16 martda keçiriləcək XXI tur matçlarından sonra təlim-məşq toplanışı üçün bir araya gələcəyik. Bizim çox az vaxtımız olacaq. Çünki çempionatda fasiləyədək son oyun şənbə günü olacaq, bundan 5 gün sonra - cümə axşamı biz Xorvatiya millisinə qarşı oynayacağıq. Vaxtımız çox az olacaq, amma bu toplanış bizim üçün çox önəmlidir. Vaxt məhdudluğu səbəbindən məşqlərimizin sayı da az olacaq. Ona görə də bacardıqca yaxşı və sürətli şəkildə bu görüşə hazırlaşmağa çalışacağıq.

- Tədbirdən öncə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qurban Qurbanovla söhbətinizdə hansı məsələləri müzakirə etdiniz?

- Qurban Qurbanov çox uğurlu baş məşçidir. O, "Qarabağ" komandası ilə xeyli nailiyyətlər əldə edib. Komandası ilə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb, Azərbaycan Premyer Liqasında çempionluqlar yaşayıb. Həmçinin o, məndən əvvəl milli komandanın baş məşqçisi olub. Bilirik ki, hazırda futbol necə çətindir. Ona görə də məşqçilər bəzən uğurlu, bəzən isə uğursuz olurlar. Biz onunla Azərbaycan futbolu barədə danışdıq. Bəzi kiçik müzakirələr apardıq.

- Sizinlə müqavilə artıq rəsmən bağlanılıb?

- Bəli, hər şey artıq bitib və yolundadır. Biz müqaviləni keçən həftə imzalamışıq. Müddəti 1+2 illik nəzərdə tutulub. Seçmə mərhələnin oyunları başa çatdıqdan sonra rəhbərliklə müqavilə və gələcək barədə yenidən danışacağıq.

- Milli komandada illik 300 min avro maaş alacağınıza dair Xorvatiya mətbuatının yazdıqları nə dərəcədə həqiqətə uyğundur?

- Biz işin maliyyə tərəfi ilə bağlı 5 dəqiqədən bir az artıq danışmışıq. Sadəcə, detallar barədə söhbətimiz olub. Mən bu barədə sizə heç nə deyə bilmərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail