Ramil Şeydayev: "Açığı, bu haqda heç düşünmürəm" - MÜSAHİBƏ

02.05.2019 | 6881 dəfə oxunub

Milli komandamız və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib: 

- Sizcə, "Zenit"ə məğlubiyyət ədalətli nəticə idi, yoxsa?...

- Biz oyunu ilk 30 dəqiqədə uduzduq. 0:3-dən sonra oyunu çevirmək çox çətindir. "Zenit" daha çox qol vura bilərdi. Amma məğlubiyyəti ədalətli saymıram. İki qol vurduq, hətta hesabı bərabərləşdirməm də olardır. Amma hər şey bizim lehimizə bitmədi. Artıq həmin oyunu unutmuşuq və qarşıdakı matça hazırlaşırıq.

- Oyunun qırılma nöqtəsi sizin meydandan qovulmağınız oldu. İlk epizodda nə baş verdi? Maqomed Ozdoyevlə nə danışırdınız?

- Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.

- Bəs ikinci epizod?

- Bu, mənim texniki səhvim idi. Topu özümdən bir az uzağa buraxdım və sona qədər mübarizə apardım.

- Miodraq Bojoviç də mətbuat konfransında "emosiya" sözünü işlətdi. Baş məşqçidən irad eşitdiniz?

- Xeyr. Komandanın əhvalı korlanmışdı. Heç kim mənə irad bildirmədi. Qarşıda hələ oyunun analizi var. Düşünürəm ki, orada bu epizodu müzakirə edəcəyik.

- Premyer Liqa klubunun heyətində yerinizi möhkəmlətmisiniz, mətbuatla yaxşı münasibətdəsiniz, Azərbaycan millisində qol vurursunuz. Gedişatdan razısınız?

- Mən belə deməzdim.

- Nəyə görə?

- Turnir cədvəlindəki mövqeyimiz çox pis təsir edir. Yaxşı oyunçulardan qurulmuş əla komandamız var. Bir sözlə, ən yaxşısını istəməyimiz üçün səbəb var. Təkrar edirəm, hazırda əsas məqsədimiz mövsümün sonunu yaxşı keçirib, azarkeşlərimizi sevindirməkdir. Özüm haqda isə onu deyə bilərəm ki, bu, hələ mənim zirvə nöqtəm deyil. Daha çoxuna nail olmaq üçün işləməliyəm.

- Etiraf edin, "Zenit"də oynamağa davam etsəydiniz, nələr ola bilərdi?

- Sankt-Peterburq mənim doğma şəhərim, "Zenit" isə doğma komandamdır. Ancaq geriyə baxmağın mənası yoxdur.

- Hər müsahibəmizdə sizə bu sualı verirəm. Bu gün yenə soruşuram. "Zenit"dən getdiyinizə və vətəndaşılığınızı dəyişdiyinizə görə təəssüflənmirsiniz?

- Onda da, indi də sizə eyni cavabı verirəm: xeyr, heç nəyə görə peşman deyiləm. Mən dəyərli təcrübə qazandım, hər şey yaxşıdır.

- Artıq Azərbaycan millisinin heyətində qol vurursunuz...

- Komanda qalib gələndə daha çox müsbət emosiya alıram. Ancaq vurduğum qol yığmaya qalibiyyət gətirməyəndə, buna sevinmirəm. Güclü qrupa düşmüşük. Macarlar Xorvatiyanı uddu. Biz də az qala dünya ikincisindən xal alacaqdıq. AÇ-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmuruq. Ona görə də hər matçda qələbəyə oynamağa çalışırıq.

- Yayda "Krılya Sovetov"la müqaviləniz başa çatacaq. Gələcək planlarınızı müəyyənləşdirmisiniz?

- Açığı, bu haqda heç düşünmürəm. Bütün fikrimizi mövsümün sonunu yaxşı keçirməyə yönəltmişik. Çempionat başa çatdıqdan sonra bu məsələni həll edəcəyik.

- "Zenit"dən evə qayıtmaq təklifi alsanız, bu sizi sevindirərmi?

- Bəli.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail