Mahir Əmrəli: "Qorxmamaq lazımdır"

09.06.2019 | 1380 dəfə oxunub

Milli komandamızın futbolçusu Mahir Emreli Avro 2020-nin seçmə mərhələsi çərçivəsində evdə Macarıstan yığmasına 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox istəyirdik ki, qalib gələk. Başa düşürəm, yaxşı nəticə olmayanda hamı üzülür. Amma inanın ki, biz də üzülürük. 15 gün öncə yığışırıq, təlim-məşq toplanışı keçiririk, hazırlaşırıq və sonda belə nəticə olanda insan özünü sanki etdiyi hər şey boşa getmiş kimi hiss edir. Amma ümidimiz hələ də var. Slovakiya millisi ilə matçda hər şeyi düzəldə bilərik. Əlimizdən gələndən də artığını etməliyik.

- Sanki bəzən komandada ruh hiss olunmurdu.

- Həm 1-ci, həm də 2-ci hissədə  erkən qol buraxdıq. Biz də qol vurandan sonra həvəsə gəldik. İstədik 2-ci topu da vuraq. Qarşıya atıldıq, qapımızda yenə qol gördük. Düşünürəm ki, bu amil rol oynadı.

- Yəni, buraxdığınız qollar həvəsinizdən irəli gəlirdi.

- Ola bilər ki, həvəsimizdən irəli gəlsin. Evdə oynayırdıq, istəyirdik ki, pressinq edək. Belə olan halda haradasa boşluqlar verdik. Amma yenə də səhvlərimizdən nəticə çıxarmalıyıq, növbəti qarşılaşmalarda bunu təkararlamamlıyıq.

- Sizcə, Macarıstan millisindən xal almaq olardı?

- Əlbəttə, olardı. Biz hər iclasda bunu deyirdik. Baş məşqçimiz də deyirdi ki, bizim yaxşı şansımız var. Biz də sözün düzü buna inanırdıq. Bəxtimiz gətirmədi.

- Bu məğlubiyyət Slovakiya ilə matça necə təsir edəcək?

- Bu komandanın cəmi bir oyununa baxmışıq. Hələ tam analiz etməmişik. Yəqin ki, sabahdan etibarən başlayacağıq. Yenə də deyirəm, həvəsdən düşməməliyik. Əsl komanda ruhu burda bilinir. Ən azından nə olursa, olsun, çıxıb, öz oyunumuzu oynamalıyıq.

- 8 oyuna 8 məğlubiyyətdən qorxmursan?

- Qorxsaq, elə də olacaq. Qorxmamaq lazımdır. Gələn insanlara, oyuna baxan azarkeşlərə futbol həzzi yaşatmaq lazımdır. Çünki artıq futbol dəyişib. Azarkeşlər də görürlər ki, komanda çalışdı, amma nəticə olmadı. Düşünürəm ki, sadəcə, öz futbolumuzu oynamalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi