Elvin MƏMMƏDOV: “Hamı özünə lazım olan cavabı alacaq”

02.02.2012 | 4982 dəfə oxunub

Hazırda Antalyada olan “Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun “stadium.az” saytına müsahubəsi:

- İlk toplanış çox çətin keçdi. Əsasən fiziki güc üzərində işlədiyimizdən, bizə çox çətin oldu. İndi isə ancaq yüngül məşqlər edir və oyunlarda gücümüzü sınayırıq. Şükür Allaha, işlər məncə yaxşı gedir.

- Səncə yeni gələn futbolçular komandanı siz istədiyiniz kimi gücləndirə bilib?

- İlk iki oyunumuzda “AZ Alkmar” və “İnqolştad”a qarşı çox zəif oynadıq. Son iki oyunumuz olan “Arsenal” və “Dinamo” ilə oyunları isə normal oynadıq. Məncə komanda yavaş-yavaş öz oyununu tapmaqdadır. Özünı inam da artmaqdadır.

- Amma yenə də uduzduz. 5 yoldaşlıq oyunu və hər birində məğlub olduz...

- Düzdü elədir, bu da onunla bağlıdır ki, hər oyunu dəyişik heyətlə keçiririk. Hələ heç bir oyunu tam heyətlə oynamamışıq.

- Demək olar ki, ən yaxşə oyununuzu “Dinamo”ya qarşı keçirdiz?

- Yox, məncə 2:1 uduzmağımza baxmaraq, “Arsenal”a qarşı daha yaxşı oynamışdıq.

- Artıq demək olar ki,  çempionatda daha güclü “Bakı” görmək mümkün olacaq?

- Məncə demək olar. Biz çempionatın arxada qalan dövrünü çox zəif oynamışıq. İddiasız komandalarla oyunlarda yersiz xallar itirmişik, iddialılardan da yalnız “İnter” və “Qəbələ”ni uda bilmişik. Bu da uğurlu nəticə sayıla bilməz.

- Elə bu səbəbdən də hamı “Bakı”nın zəif sayır. Belə düşünənlərə mesajınız var?

- Məncə tmkinli olmaq lazımdı. Hər kəsə qarşı daha yaxşı oynayıb, liderlə xal fərqini minumuma endirə biləcək gücümüz var. Bu baş versə, hamı özünə lazım olan cavabı alacaq.

Ümid BABA

ANTALYA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail