"Açığı, “Qarabağ” haqda birinci dəfədir eşidirəm"

07.07.2019 | 6470 dəfə oxunub

“Sabah”ın futbolçusu Hendrik Eksteyn “Zirə” ilə keçirdikləri yoxlama oyunundan sonra müsahibə verib.

Stadium.Az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, 5:3 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

Yeni komandanda ilk oyununu keçirdin. Fikirlərin necədir?

- Çox xoşbəxtəm ki, bura gəlmişəm. Komandanın bir hissəsi olmaq qürurvericidir. Bu gün 2 qol vurdum və 1 məhsuldar ötürmə ilə yadda qaldım.

“Sabah”a gəlməmişdən əvvəl adın “Qarabağ”la hallanırdı…

- Açığı, “Qarabağ” haqda birinci dəfədir eşidirəm. Ancaq “Səbail” klubu ilə danışığım olub. Onlar tərəfindən mənə maraq var idi.

Bəs nə üçün “Səbail”ə keçmədin?

- Təklif gəldi, ancaq onu dəyərləndirə bilmədim. Sonra “Sabah” təklif göndərdi. “Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu ilə danışdım. Dedi ki, sənin üçün bu yeni çağırış olacaq. Mən də “Sabah”ın təklifini qəbul etdim.

Səni “Sabah”ın yeni bombardiri olaraq görmək mümkündürmü?

- Bu barədə danışmaq tezdir. Çempionat başladıqdan sonra real bir şey haqda danışa bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail