Sənan Qurbanov: "Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar" - MÜSAHİBƏ

18.07.2019 | 5797 dəfə oxunub

“Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdür, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la matçı analiz edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Çünki bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində "Boluspor"a qalib gəldikləri sonunuc yoxlama oyunundan (2:1) sonra klubun saytına deyib.

Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək II təsnifat mərhələsinin ilk matçına hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını da başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkli idilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin qarşılaşmada səhvsiz oynayaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail