Cüneyt Biçər: “Bunun üçün sizinlə mərc edə bilmərəm” - MÜSAHİBƏ

03.02.2012 | 5676 dəfə oxunub

Fasilə dönəmində hazırlıqlarını Antalyada davam etdirən “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin “Stadium.az” saytının  bu şəhərə ezam olunmuş əməkdaşına müsahibəsi:

- Necə gedir işlər?

- Bura gəldiyimiz gündən bəri sadəcə iki gün məşq etmədik. Etdiyimiz məşqlər və oynadığımız oyunlarda mən istədiyimə yaxın işlər görə bildik. Söyləyə bilərəm ki, yüzdə yetmiş civarında istədiyimizə nail olduq. Bir qədər də çalışıb, “altılıq”a daha hazır olmalıyıq. Toplanışla bağlı heç bir problemimiz yoxdur. Ən önəmlisi də odur ki, bu toplanışda futbolçularımızdan heç biri zədə almadı. Bir çox oyunçumuzun performansı yuxarıya doğru inkişaf edir.

- Adətən toplanışın ilk dönəmi fiziki yükləmələr üzərində qurulur. Sizin komana bu mərhələdən necə çıxdı?

- Bizim bütün  işlərimiz uzun müddətə hesablanıb. İndi hazır olaq, daha sonra komanda dayansın kimi bir fikrimiz yoxdur. Əsas dərdimiz “altılıq”a qədər tam hazır olmaq, bu mərhələdə isə rahat oynamaqdır. Məncə futbolçularım siz dediyiniz bu dönəmdən çox yaxşı keçdilər.

- Son oyuna qədər keçirdiyiniz yoxlama oyunlarında komanda oyunu sizi qane etdimi?

- Onların içində də, bəyənmədiyim məqamlar oldu. Amma ümumi götürsək, əsas məsələ nəticədir. Keçirdiyimiz 4 oyunu götürsək, yalnız son matçda məğlub olduq. Toplam olaraq baxsaq, bunların üçünə yaxınında istədiyimiz oldu.

- Bəs nələrdən narazı qalmısız?

- Zaman-zaman, oyunumuzda istəmədiyimiz əksiklər yaşanır. Elə məqamlar oldu ki, pressinqlə oynamalıydıq, amma bu olmadı. Amma bunu da zamanla həll edəcəyik. Çünki hazırda futbolçular çox yükləniblər və yorğundurlar. Amma yenə deyirəm, ümumi götürsək, işlər göyük ölçüdə qaydasında gedir.

- Son oyunda gözlənilmədən Rumıniyanın "Vointa Sibiu" klubuna məğlubiyyətiniz nəylə bağlı idi?

- Yoxlama oyununda bunun elə də bir önəmi yoxdur. Amma bu o demək deyil ki, uduzduqsa, deməli elə belə də olacaqmış. Mən daim qazanmağı sevən bir insanam. Hazırlıq oyununda qazanmaq yox, istədiklərini meydanda görmək önəmlidir. Bu görüşdə tam fərqlo heyət və yer dəyişikliyi ilə oynadıq. Yəni önümüzdə olan dönəmdə başımıza bir iş gələrsə, nə etməliyik kimi problemimiz olmasın deyə, bir neçə oyunçunu başqa mövqedə oynatdıq. Hakimlərlə bağlı bir şey danışmaq istəmirəm, amma yoldaşlıq oyununda çox qəribə otun idarə edirlər. Oyunun əvvəlində hakim iki köbu səh etdi ki, bunlar da qapımıza qolla nəticələndi. Hətta bu səhvlərin birində Adrian Pit zədələnərək bir neçə günlük məşqlərdən kənar qaldı.  Beləcə 20 dəqiqə içində iki qol buraxdıq, komandanın oyunu pozuldu. Pit zədələndi çıxdı... Amma bunların hamısı oyunun içində olan bəhanələr. Oyundan da razı qaldığımı söyləyə bilmərəm. Amma digər görüşlərlə götürsək, komandamdan böyük mənada razıyam.

- Malidən gətirdiyiniz iki futbolçudan razısız?

- Bunun üçün hələ tezdir. Onlar Malidə küçə dəyişdirəndə özlərinə gec gəlirlər, hələ Antalya olsun. Onlar Malidən gəldilər, vaxta ehtiyacları var. Amma ilk oyunlarda göstərdikləri oyunlara, məşqlərə Mbaxarsaq, istədiklərimizi alcağıq kimi görünür. Əsas odur ki, ümid verirlər. Mən bunun üçün sizinlə mərc edə bilmərəm, amma ümid edirəm ki, onlar komandaya böyük xeyir verəcəklər.

- Hazırda istədiyiniz komandanı yarada bilirsiz?

- Bilirsiz necədir, dövrə rasında yaxşı futbolçu tapmaq çətindir. Çünki yaxşı oyunçuların hamısının klubla müqaviləsi var. Bunun üçün yaxşı oyunçuya yaxşı – böyük miqdarda pul ver, üstəlik komandasına konpensasiya ödə... Bunlar da komandaya sərf etmir. Məncə dövrə arası transfer dönəmində komandanın transferi bir futbolçudan artıq olmamalıdır. Amma bizim bir neçə oyunçu alacağımız dəqiqdir. Hücum xəttinə bir və ya iki futbolçu düşünürük. Ən azı biri yüz faiz olacaq. Bir müdafiəçi və bir ortada oynayan yarımmüdafiəçi almağı düşünürük. Çünki çox uzun marafon keçəcəyik və hər kəsə ehtiyacımız olacaq.

- Artıq almaq üçün dəqiqləşdirdiyiniz oyunçular var?

- Hə, bir-iki oyunçu ilə müəyyən mənada razılığa gəlmişik. Sadəcə onu deyə bilərəm ki, hazırda danışıq apardığımız oyunçular hücumçu və yarımmüdafiəçidir.

- Əsas məqsədiniz nədir? Yaxşə komanda yaradıb avroliqaya düşmək, yoxsa, necə olursa olsun çempionluğu qazanmaq?

- Bu komandanın daimi hədəfi çempion olmaqdır. Zor da olsa hədəfi var. Mənim də önümdə bu hədəf var. Üstəlik rəhbərlik də bunu tələb edir. Əsas istədiyimiz odur ki, çempionluqla yanaşı, növbəti mövsümə hazır komanda çıxara bilək.

- “Xəzər Lənkəran”da indiyə qədər işləyən bütün məşqçilər üçün ikinci komanda heç bir önəm daşımayıb. Bəs sizin buna yanaşmağınız necədir?

- Zatən bura gələndə əasa işim ikinci komandanı hazırlamaq idi. Bundan heç vaxt geri çəkilə bilmərəm. Hazırda düşərgəmizdə əvəzedici heyətin üç futbolçusu yer alır ki, bu da çalışmalarımızın nəticəsidir. Fikrət, Elvin və Kamran 16-17 yaşlı uşaqlardı. İnşallah bu templə davam etsələr, yaxın zamanda özləri əsas heyətdə oynamaq şansı qazanacaqlar.

- Çempionatda əsas rəqibləriniz kimi hansı komandaları görürsüz?

- “Altılıq” üçün soruşursansa, bu barədə ancaq “altılıq”dan qabaq danışa bilərəm. Çünki qarşıda 4 önəmli oyunumuz var və hazırkı sıralamanın dəyişəcəinə inanıram.


Vüsal BƏBİRLİ

ANTALYA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail