Dario Federiko: "Deməzdim ki, hər şeyi həll etmişik"

26.07.2019 | 5360 dəfə oxunub

"Neftçi"nin futbolçusu Dario Federiko Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

Oyun özlədiyimiz məcrada davam etdi. Çətin qarşılaşma alındı. “Arsenal” evdə yaxşı oynayır. Sonadək doyüşdük və baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. İstəyimizə çatdıq və bu, hər birimizi sevindirir

- Vurduğununuz qolu necə xarakterizə edərdiniz?

- Komanda şəklində necə müdafiə olunmalı idiksə, o cür də hücum etməli idik. Bilirdik ki, rəqib bizə geniş meydan verməyəcək. Hər bir xırda epizoddan maksimum yararlanmalı idik. Qolla nəticələnən əks-hucumdan əla istifadə etdik.

- Qol vurduğunuz epizodda Emin Mahmudova qarşı qayda pozuntusu var idi?

- Bəli. Ancaq hakimin penalti verəcəyindən əmin deyiləm. Ən yaxşısı qol vurmaq idi, onu da etdim.

- 1:0 cavab oyunu öncəsi sizin üçün nə deməkdir?

- Deməzdim ki, hər şeyi həll etmişik. Sadəcə, cavab oyunu öncəsi xoş nəticədir. Bu gün qələbəni qeyd edirik, sabahdan isə Bakıdakı görüşə hazırlaşmaq lazımdır. Əminəm ki, burdakı qədər çətin olacaq.

- Nə vaxtsa İsraildə olmusunuz?

- Heç vaxt.

- Belə çıxır ki, avqustda ilk dəfə “muqəddəs torpağ”a səfər edəcəksiniz?

- Mərhələni keçsək, olacam. Ancaq bir daha təkrar edirəm, mərhələni adlayacağımıza təminat yoxdur



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail