Tahir Süleymanov: “Bu turnir “Birlik Kuboku”dan çox səviyyəli bir yarışma idi”

04.02.2012 | 5999 dəfə oxunub

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun “Stadium.az” saytına müsahibəsi:

- Turnirdə iştirak etmək variantı necə alındı?

-  Ay yarım, iki ay öncə təşkilatçılar tərəfindən bizə dəvət gəldi. Və biz də bu barədə klubun prezidenti Sadıq Sadıqovla məsləhətləşəndən sonra, daha daqiq bilgi aldıq ki, turnir çox səviyyəli şəkildə keçiriləcək. Bu səbəbdən də turnirə qatılmağa qərar verdik. Turnirin gedişi də bunu göstərdi ki, qərarımız özünü doğrultdu.

- Komandanın rəqibləri də kifayət qədər güclü klublar idi...

- “Metallist”, “Poloniya”, “Paxtakor”, “Terek” kimi klublarla qarşılaşmaq çempionata hazırlaşmaq baxımından böyük önəm daşıyırdı. Və gənc futbolçularımızı belə səviyyəli rəqiblərlə oyunda izləmək çox önəmli idi.

- Komandaya əvəzedici heyətdən cəlb olunan yeniyetmə futbolçuların çıxışından razı qaldız?

- Qış transfer dönəmində liderlə arasında “Neftçi” yeganə klubdur ki, heyətinə legioner futbolçu dəvət etmədi. Buna görə də, klub rəhbərliyi adından baş məşqçimiz Böyükağa Hacıyevə və məşqçilər korpusuna minnətdarlığımızı bildiririk. İstər “Mərdan İdman Kompleksi”ndə, istərsə dəƏhməd Kadırov” adına turnirdə məşqçilər korpusu yeniyetmə futbolçuları sınaqdan keçirdilər. Emin Mehtiyev, Elşən Abdullayev, Kənan Manaflı, Kərim Diniyev, İlham Allahverdiyev, Ağabala Ramazanov, Elnur Sultanlı kimi gənc yeniyetmə futbolçuları sınaqdan keçirməklə, biz bir daha əmin olduq ki, “Neftçi” futbol klubu olaraq, yürütdüyümüz siyasət doğrudur. Və bu yolda öz fəaliyyətimizi davam etdirəcəyik”.

- Turnirdəki nəticə sizi qane etdi?

- “Turnirdə əsas vəzifəmiz çempionata hazırlıq məqsədi güdürdü. Və elə ilk oyunumuzu məsəl gətirməklə bildirmək istəyirəm ki, “Metallist”in heyətində 10 legioner və cəmi ukraynalı futbolçu çıxış edirdisə, biz daha çox yerli futbolçulara üstünlük vermişdik. Bununla da onların nəinki öz komandamıza, yaxın gələcəkdə Azərbaycan futboluna fayda verəcəyini göstərmiş olduq. Yeniyetmə futbolçuları məsəl gətirdim. Artıq Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Elvin Yunuszadə kimi futbolçuları əsas heyətin futbolçusu sayırıq və bunu ilk dəfə açıqlayıram ki, bu futbolçularla avropanın bir çox klubları maraq göstərirlər. Və öncədən söyləyə bilərəm ki, yaxın gələcəkdə bəzi gənc futbolçularımızı avropa meydanlarında görsəz, heç də təəccüblənməyin.

- Heyətə legioner almamağınız nəylə bağılı oldu?

- Lider komandanın əcnəbi futbolçulara meyil etməməsinin bir səbəbi var. Bildiyiniz kimi, bizimlə yanaşı əvəzedici heyətimiz də Antalyada təlim-məşq toplanışı keçirdi. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun komanda qarşısında qoyduğu bir nömrəli vəzifə yerli futbolçuların inkişafı və əsas heyətdə oynamasıdır. Bu prinsipimizə sadiq qalaraq, heyətə əcnəbi dəvət etmədik. Çünki 50 yaxın futbolçumuz 15 və 21 yaş arası milli komandaların üzvləridir. Bunun özü Azərbaycan futbolunun sabahı üçün böyük töhfə deməkdir. Əcnəbi futbolçuların da komandaya cəlb olunması onların qarşısının alınması demək idi. Bu turnirdə gənc futbolçularımız özlərini doğrultdular. Gələcəkdə onlara əsas heyətdə də yer veriləcək. Çünki onlar buna layiq olduqlarını bu turnirdə göstərdilər. Yaxın gələcək üçün Araz Abdullayev, Amid Quluzadə kimi ən azı 10 futbolçunun avropa klublarına transfer edilməsini qarşımıza hədəf qoymuşuq.

İnandırım ki, 16-17 yaşlı futbolçuları “Metallist” və “Terek” kimi komandalara qarşı oynatmaq asan iş deyil. Amma biz öz gənclərimizə inandığımızdan, bunu edirik. Və bir qədər öncə turnilə bağlı sualınıza cavab olaraq bildirmək istəyirəm ki, “Neftçi” doğru yoldadır. Yerli futbolçuların təşkil etdiyi heyətlə Rusiya Premyer Liqasında çıxış edən “Terek” kimi güclü komandaya qalib gəlmək asan məsələ deyil. Təşkilatçılara da minnətdarlığımızı bildiririk. Və əminliklə bildirirəm ki, bu turnir “Birlik Kuboku”dan çox səviyyəli bir yarışma idi. “Metallist”in Avroliqada yoluna davam etməsi, Polşa və Rumıniya kimi ölkələrdə lider klubların əsas heyətlə bu yarışda iştirak etməsi buna əyani bir sübutdur.

- Belə sviyyəli turnirdən sonra komandanı çempionata hazır sayırsız?

- Mənə elə gəlir ki, komanda burada sərgilədiyi oyunları ölkə çempionatında srgiləsə, çempionluq adını qoruya biləcək. “Paloniya” və “Terek” kimi rəqiblərlə görüşlərdə srgilənən oyun bir daha onu göstərir ki, “Neftçi” çemionluq titulunu qoruyub saxlamalıdır. Baş məşqçimiz bu uğuru gəncləşdirilmiş heyətlə bacararsa, bu, azarkeşlərimiz üçün ikiqat sevinc olar.

Ümid BABA

ANTALYA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail